Siyavuş Novruzov kimdir? - Maşın sürə bilməyən DEPUTAT

Siyavuş Novruzov kimdir? - Maşın sürə bilməyən DEPUTATLent.az "Bioqrafiya" rubrikasında deputat Siyavuş Novruzovun həyatından bəhs edir.

- Siyavuş Novruzov harada və nə zaman anadan olub?

1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub.

- Siyavuş Novruzov hansı ali təhsili alıb?

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 3 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

- Siyavuş Novruzovun hansı mükafatları alıb?

Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. 1-ci dərəcəli "Vətənə xidmətə görə" və "Şöhrət" ordenləri ilə təltif edilib. 3 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

- Siyavuş Novruzovun siyasi karyerası necə başlayıb?

1990-cı ildən "Əlincə" Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi , 1994–1996-cı illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının işlər müdiri, 1996–1999-cu illərdə Təşkilat şöbəsinin müdiri, 1995–2005-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü, dördüncü, beşinci, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

- Siyavuş Novruzov ailəlidir?

Evlidir, 2 övladı var. Həyat yoldaşı ombudsman Səbinə Əliyevadır.

- Siyavuş Novruzovun baməzə kəlamları tez-tez gündəmə gəlir. O bundan narahat olur?

Yox, əksinə özünə haqq qazandırır. Bir müsahibəsində "o sözləri deməsəydim reklam olmazdı, indiyə qədər danışılmazdı. Kim necə dərk edirsə eləsin. Üstümü unlu görüb adımı dəyirmançı qoyurlar. Azərbaycandan Amerikaya təhsil almağa ilk mən getmişəm – düz 3 dəfə. Sertifikatlarım, diplomlarım var. Avropanın hər yerində seçki kurslarında olmuşam. İndi hamı öyünərək 1 aylıq kursunu ali məktəb kimi göstərir. Onlardan 50-ni qurtarmışam, divara düzsəm diplomlarımdan yer qalmaz. İzləyicini ilk 20 saniyədə cəlb eləmək dərslərini keçmişik. Nəyisə deyirəmsə, bu bilməməzlik deyil, taktikadır. Məsələn, veteran pulları ilə bağlı "veteranların da 1 abbasını verin" dedim hər yerdə işıqlandırıldı. Biri dedi veteranı Məşədinin hambalına oxşadır, biri dedi təhqirdir. Əsas məsələ o idi ki, o mövzuya diqqət yönəltdik" deyib.

- Deputatlıqda keçən uzun illər onu dəyişib?

Bu suala bel cavab verir: "Həmişə sadə insan olmuşam, indi də eləyəm. Yaxından tanıyanlar bilir, necə varamsa elə də görünürəm. Mən dəyişən adam deyiləm".

- Siyavuş Novruzova Əfqanıstan müharibəsi veteranıdır. Ölümlə üzləşib?

Bəli. Bu suala belə cavab verib: "Dəfələrlə. 1987-ci ildə hərbi xidmətə getdim, ona qədər idmanla çox ciddi məşğul olurdum. Əsgər gedəndə güləş üzrə idman ustalığına namizəd idim. Mənim kimi fiziki hazırlıqlı oğlanları apardılar hərbi məktəbdə hazırlığa. 6 ay hazırlıqdan sonra da Əfqanıstana. Sovet qoşunları Əfqanıstana girəndə və çıxanda çox böyük itki vermişdi. Qoşunlar ölkəyə daxil olanda yerlilər mübarizə aparırdılar ki, girməsin. Çıxanda isə ailəsində öləni olmuş əfqanlar qanlı qisas almaq üçün ova başladılar. Adətlərinə görə, kişi qisasını almasa ona namussuz kimi baxırdılar. Ona görə bütün əfqanlar başlamışdılar intiqam üçün əsgər ovuna. Ən azından bir əsgər öldürməli idi. Zabit, tank vursaydılar, lap qəhrəman sayılırdılar. Rus ordusu ölkədən 100 tankla çıxmalı idisə, kalonda onun 30-u qalırdı, qalanını məhv edirdilər. Yuxarı rütbəli əsgər idim və ölüm bizi arxamızca, addım-addım izləyirdi. Əfqanıstandan qayıdandan sonra ailəm hərbiyə qayıtmağıma mane oldu, hüququ seçməli oldum. Bakıya gələndən sonra da Qarabağ hadisələri başladı. Hərbi döyüş təcrübəmiz var idi. Tez-tez gedirdik döyüş bölgələrinə. Biz əliyalın təlim keçmiş hazır silahlı-sursatlı ordu ilə vuruşmuşuq".

- Siyavuş Novruzov sevərək ailə qurub?

Bu suala da "bəli" deyərək cavab verib. "Əlbəttə. Mən müstəqil adam olmuşam. Ata evimdən 17 yaşımda çıxdım və ondan sonra sərbəst yaşamışam".

- Səbinə xanımın Ombudsman olmasında Siyavuş Novruzovun rolu olub?

"Yox. Onun öz fəaliyyəti olub. Konstitusiya məhkəməsində işləyib. Pillə-pillə gəlib bu yerə" deyə deputat bir müsahibəsində deyib.

- Siyavuş Novruzovun övladları nə işlə məşğuldur?

İki övladı var. Oğlu Universitetdə hüquq fakültəsində oxuyur, qızı hələ orta məktəbi bitirməyib.

- Siyavuş Novruzovun evində köməkçi var?

Yoxdur. "Ehtiyac da yoxdu. Evdə adam tapılmır axı. Hamı səhər çıxıb axşam qayıdır" deyə o bildirib.

- Siyavuş Novruzov birdən-birə xeyli kilo verdi. Bu xüsusi pəhriz nəticəsində oldu, ya plastik cərrah toxunuşu?

"Yox idmanla arıqladım. Mən daim idmanla məşğul oluram. Bizdə bu da problemdir. Arıqlayırsan deyirlər xəstələnib, kökəlirsən deyirlər, buna bax, gecə-gündüz yeyir. Heç vaxt əməliyyat olmamışam. Hərbidə aldığım yaralar istisna olmaqla" deyə deputat bildirib.

- Siyavuş Novruzov idmanla məşğul olur?

Bəli. Yeriyir və üzür.

- Siyavuş Novruzov maşın sürür?

- "Heç vaxt sürməmişəm. Tank sürmüşəm, BTR sürmüşəm, maşın sürməmişəm. Əvvəl həvəsim olmayıb, sonra ehtiyacım" deyə cavab verib bu suala.

- Siyavuş Novruzov dindardır?

Bəli. Məkkə və Mədinədə ziyarətdə olub, Əl- Əksa məscidinə və Kərbəlaya getmək arzusu var.

- Siyavuş Novruzovun ən böyük peşmanlığı nədir?

"Ən böyük peşmanlığım bu olub ki gərək hərbini atmayaydım. Sevdiyim işlə məşğul olardım. Hərb sənəti ilk sevgim olub. Mən hətta, Tovuz hadisələrindən sonra hərbi komissarlığa yazılı müraciət etdim ki, zabit kimi döyüşə getmək istəyirəm. Bütün güzəştləri, işimi kənara qoyub getmək istədim, qeydiyyata götürdülər, amma çağırmadılar" deyib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1862   Tarix: 04 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr