Şərhçimizin sözləri Türkiyə efirində: Vallah, möhtəşəmdir - VİDEO

Şərhçimizin sözləri Türkiyə efirində: Vallah, möhtəşəmdir - VİDEOÖtən gün Avstriya ilə matçda Türkiyə yığmasının qapıçısı Mert Günokun oyunun son dəqiqələrində kritik qurtarışı ilə bağlı azərbaycanlı şərhçinin sözləri Türkiyə televiziyasında da danışılıb.

Ölkə.Az xəbər verir ki, Türkiyənin Ekol TV futbol kanalında oyunla bağlı müzakirələr zamanı İctimai televiziyanın şərhçisi Tural Dadaşovun həmin epizodu "İlahi müdaxilə" adlandırmasından söz açılıb.

"Ekol futbol"un aparıcısı Onur Yıldız T.Dadaşovun ünvanına təriflər yağdırıb:

"Azərbaycanlı həmkarımızın şərhini indi mənə dinlətdilər. Sizlərə də tövsiyə edirəm. Bilirsiniz nə deyib? "İlahi müdaxilə". Möhtəşəmdir".

Daha sonra T.Dadaşovun həmin şərhi 2 dəfə ardıcıl efirə verilib.

O.Yıldız "Vallah, halal olsun" sözlərini söləyib. Studiyadakılar azərbaycanlı şərhçini alqışlayıblar.

Qeyd edək ki, AÇ-2024-ün 1/8 finalı çərçivəsində baş tutan Avstriya-Türkiyə matçında qapıçı M.Günok 90+4-cü dəqiqədə rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayıb. Qapıçı bununla da komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.

Onun bu müdaxiləsi oyunun taleyini həll edib. Türkiyə yığması oyundan 2:1 qalib ayrılıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1159   Tarix: 04 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır

14 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma

6 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

Sərbəst güləşçilərimiz 7 medal qazandı - FOTO

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayı

4 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

İngiltərə Premyer Liqası: "Tottenhem" darmadağın olundu - VİDEO

İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir. "Kristal Palas" dogma meydanda "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəlib. Oyunda qolları Zaha (76-cı dəqiqə) və Eduardo vurub (84-cü, 90+2 dəqiqə). Qeyd edək ki, bu, mövsüm başlayandan "Kristal Palas"ın ilk qələbəsidir

11 sentyabr 2021