Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?

Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?Sovet dövründə ermənilərin kütləvi şəkildə soyadlarının sonluqlarını dəyişməsi heç kim üçün sirr olmayıb. Xüsusilə, kiçik bir vəzifəyə təyin olunan ermənilər soyadlarının "yan" sonluqlarını "ov"la əvəzləyiblər.

Hətta bəzi ermənilər yuxarılara xoş gəlsin deyə adlarını da dəyişiblər. Nümunə üçün marşal Baqramyanı göstərmək olar. Hansısa "səbəb"dən Baqramyanın Ovanes adı İvan adı ilə əvəzlənib. Addəyişmə məsələsində Armenak Xanferyans isə daha "qoçaq" tərpənib. O, həm adını, həm də soyadını ruslaşdırıb.

Armenak Xanferyans kim olub?

1902-ci ildə Xocavənd rayonunun Böyük Tağlar kəndində anadan olan Xanferyans 15 yaşında olarkən işləmək üçün Bakıya üz tutub və neft mədənlərində işə düzəlib. Oktyabr inqilabından sonra o, Qırmızı ordunun sıralarına daxil olub, bolşevik hərəkatında iştirak edib. Bu ərəfədə Xanferyans Stalinlə də tanış olub.

Vətəndaş müharibəsi zamanı Xanferyans Həştərxanda Qırmızı orduya məxsus gəmidə olarkən həmin gəmi Britaniya qoşunları tərəfindən silahlı hücuma məruz qalaraq batırılıb. Son anda Xanferyansı rus bolşevik Sergey Xudyakov xilas edib. Bir neçə gündən sonra həmin bolşevik hərbi toqquşmalar zamanı öldürülüb. Xanferyas xilaskar dostunun xatirəsini "əbədiləşdirmək" üçün onun sənədlərini götürərək öz adına rəsmiləşdirib və beləliklə, Armenak Xanferyans Sergey Xudyakov olub. Əslində, bu məsləhəti ona Bakıda neft mədənlərindən pul qazanan imkanlı ermənilər verib, "sən bacarıqlı oğlansan, yeni hökumətdə yüksəlmək üçün soyadın sənə problem olacaq",- deyə onu təlimatlandırıblar.

main (1).jpg (23 KB)

Sonrakı həyatını hərbi sahəyə bağlayan Xanferyans əvvəlcə Tiflisdə ikiillik hərbi kursları keçib. Daha sonra isə Jukovski adına Hərbi Hava Akademiyasında təhsil alıb.

Moskvada yüksək vəzifələr tutan ermənilərin, xüsusilə də Anastas Mikoyanın himayədarlığı sayəsində Xanferyans vəzifə pillələrini sürətlə qalxıb. Artıq 1937-ci ildə o, Hərbi Hava Qüvvələrinin əməliyyat idarəsinin rəisi, bir ildən sonra, 1938-ci ildə Hərbi Hava Qüvvələri komandanının arxa cəbhə üzrə müavini vəzifələrini tutub.

Sovet-alman müharibəsi başlananda Xanferyans Qərb cəbhəsinin Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib və general rütbəsi daşıyıb.

Xanferyansın ən böyük "talantı" ondan ibarət olub ki, o, özünü yüksəkçinlilər qarşısında təqdim etməyi bacarıb, aldadıcı manevrləri ilə peşəkar hərbçi kimi tanınıb. Digər bir tərəfdən Dövlət Müdafiə Komitəsində Mikoyanın Xanferyans haqqında xüsusi çıxışları erməni generalın nüfuzunu daha da artırıb.

560px-Sergei_Khudyakov.jpg (46 KB)

Əsl erməni xislətinə malik olan Xanferyans ailə faciəsindən də "səmərəli" istifadə edib. Belə ki, general Xarkova ezam olunanda 14 yaşlı oğlunu da özü ilə aparıb. Baqramyanın səriştəsizliyi nəticəsində Xarkov alman qoşunları tərəfindən darmadağın ediləndə Xanferyansın oğlu da həlak olub. Erməni general mötəbər tədbirlərdə oğlunun, ömründə əlinə bir dəfə silah almayan 14 yaşlı bir oğlanın həlak olmasını az qala böyük qəhrəmanlıq kimi təqdim edib.

1944-cü ilin avqust ayında Xanferyans Hərbi hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə təyin edilib və ona avisiya marşalı rütbəsi verilib.

1945-ci ilin mart ayında Stalinin əmri ilə Xanferyans 12-ci Hərbi Hava Ordusuna komandan təyin edilib və həmin ordu Uzaq Şərq Hərbi Dairəsinin tərkibində Yaponiyaya qarşı hərbi əməliyyatlara başlayıb.

Xanferyans bu əməliyyatlarda "xüsusilə" fərqlənib. O, bu əməliyyatlar zamanı Çinin tarixi Mancuriya ərazisində Yaponiya İmperiyası tərəfindən yaradılmış Mançjou-qo dövlətinin imperatoru Aysinqero Puini əsir götürüb. Bu əməliyyat zamanı erməni marşal Mancuriyanın qızıl ehtiyatlarını daşıyan təyyarəni də səmadan endirib. Stalin Xanferyansa qızılla yüklənmiş təyyarənin Moskvaya göndərilməsini göstəriş verib. Erməni marşal bu göstərişi qəbul etsə də təyyarə səmada müəmmalı şəkildə yoxa çıxıb.

5dc76bf5bd7be.png (478 KB)

Xanferyansın bir təyyarə qızıla sahib olmaq sevdası baş tutmayıb. O, Moskvaya dönən kimi həbs edilib. Dörd il davam edən istintaqda Xanferyansın digər cinayət əməlləri də üzə çıxıb. Onun Britaniya kəşfiyyatına işləməsi də təsdiqini tapıb.

Bu dəfə Xanferyansı heç kim xilas edə bilməyib. Heç Mikoyan da vaxtilə ağızdolusu təriflədiyi erməni marşalı müdafiə etməyə cürət etməyib.

18 aprel 1950-ci ildə Xanferyans ən ağır cəzaya, güllələnməyə məhkum edilib, məhkəmənin hökmü həmin gün icra olunub. Erməni marşalın bütün əmlakı da müsadirə olunub, ailəsi isə mövcud dövrün qanunlarına görə, vətən xaininin ailəsi kimi sürgünə göndərilib. /Musavat.com/
Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?Ad və soyadını dəyişən, qızıl yüklənmiş təyyarəni ələ keçirən erməni marşal – Xanferyans kim olub?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1071   Tarix: 05 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr