Qarabağda şagirdlərin və tələbələrin ailələrinə sosial müavinət VERİLƏCƏK?
Bərpa-quruculuq işləri tamamlandıqdan sonra azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlər yerləşdirilir və dövlət tərəfindən mənzillərin açarları isə təqdim olunur. Lakin Qarabağda məskunlaşan insanların işlə təmin olunması istiqamətində olan problemlər daim aktual mövzulardan biri olub. İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər tikilir və Qarabağ Universiteti yeni tədris ili üçün hazırlanır. Belə olan halda orada təhsil alan şagirdlərin və tələbələrin vəziyyəti ilə bağlı bir sıra suallar yaranır. Qarabağda təhsil alan şagirdlərin və tələbələrin ailələrinə sosial müavinət verilə bilər?
Mövzunu Sonxeber.az-a şərh edən sosioloq Elçin Bayramlı deyib ki, Qarabağ zonasına məskunların köçürülməsi əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir. Sosial-iqtisadi infrastruktur yaradıldığı üçün əhali oraya köçürülür:
"Köçürülən insanlar işlə təmin olunmalı və müəyyən infrastrukturlar qurulmalıdır. Bunların hamısı dövlət səviyyəsində nəzərdə tutulub. İlk vaxtlarda orada yaşayan tələbələr yataqxana ilə təmin olunmalı və təqaüd almalıdır. Əgər tələbə orada tək yaşayırsa , ona müəyyən sosial yardımlar edilməlidir. Orada yaşayan ailələrin uşaqları əgər məktəbə gedirsə, onlara xüsusi yardım edilməyəcək. Çünki uşaqların ailələləri işlə təmin olunacaq və onlara müəyyən güzəştlər tətbiq edilə bilər. Hər hansı bir formada bunlar nəzərə alınıb. Bu tədbirlər olmasa insanlar orada yaşaya, işləyə və təhsil ala bilməz. Bununla bağlı dövlətin proqramları var. İstehsal müəssisələri və təsərrüfatlar yaradılır. Bundan əlavə orada yaşayanların müəyyən sosial müavinətləri var. Bu istiqamətdə əhaliyə kommunal və vergi güzəştləri edilməlidir".
Sosioloqun sözlərinə görə, ərazilərə məskunlaşma prosesində müəyyən çətinlik olsa da, ciddi bir maddi-sosial problemlər olmamalıdır:
"İlk bir neçə ildə məskunlaşma daha sürətlənmlidir. İlk növbədə orada yaşayaq şəxslər işlə təmin olunmalıdır. Vətəndaşlar işlə təmin olunduqdan sonra dövlətin sosial yardımına ehtiyacları olmayacaq. İnsanlar özləri hər hansı bir müəssisədə işləyəcək yaxud təsərrüfat ilə məşğul olacaq. Beləliklə onlar öz gəlirlərini təmin edə biləcəklər. Sadəcə dövlət müəyyən qədər təhsil ilə bağlı güzəştlər edə bilər. Xüsusi güzəştlər həyata keçirilməlidir ki, orada məskunlaşan insanlar çətinlik çəkməsinlər. Bir neçə il çətinlik olacaq. 3-5 ildə əhaliyə bu yardımlar müxtəlif formalarda edilməlidir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?