Çin onlayn səyahət platformalarında Azərbaycana sifarişlər kəskin artıb
İyulun 3-də Azərbaycan Çin vətəndaşları üçün bir illik vizasız rejim tətbiq etdikdən sonra, Çin onlayn səyahət platformalarında Azərbaycanla əlaqəli turizm məhsullarına maraq kəskin şəkildə artıb.
"Report" "Global Times"a istinadən xəbər verir ki, iyulun 4-də Azərbaycanla əlaqəli turizm məhsullarının axtarış həcmi 50 % artıb.
Bildirilib ki, Azərbaycan istiqamətinə olan sifarişlər ötən ilin iyulun əvvəli ilə müqayisədə 85 % artıb. Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana olan sifarişlər isə 103 % artıb.
Məlumata görə, bu ilin iyulun 4-nə qədər Çindən Azərbaycana aviabilet sifarişlərinin həcmi 336 % artıb.
Qeyd edək ki, Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq edilib. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də qeyd olunub.
Bu ilin yanvar-may aylarında Azərbaycana 179 ölkədən 965,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Çindən Azərbaycana gələnlərin sayı 2,8 dəfə artıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 07 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr