Avtobuslarda gedişhaqqı artdı, amma xidmətin səviyyəsi qalxmadı - VİDEO
Gedişhaqqı 50 qəpikdir. Amma avtobuslarda əvvəlki problemlər hələ də qalmaqdadır. Belə ki, gediş haqqı komfort sözü ilə yaxından uzaqdan əlaqəsi olmayan avtobuslarda da 50 qəpikdir. Amma bu nəqliyyat vasitələrində lazımi avadanlıqlar quraşdırılmayıb. Köhnə avtobuslarda nəinki kondisioner, ventilyatorda yoxdur.
Sonxeber.az xəbər verir ki, məsələ bağlı "Apa TV"nin əməkdaşları sakinlər arasında sorğu keçirib:
"Qiymət artırsa, ona uyğun tələblər olmalıdır. Kondisioner isti havalarda mütləq şəkildə olmalıdır. Eyni zamanda avtobuslar interval üzrə vaxtında gəlməlidir. Biz Buzovnadan gəlir. Orada heç yeni avtobuslar yoxdur. Həmin avtobuslarda kondisioner yoxdu. Eyni zamanda intervalda sıxlıq var. Qocalar istidən narahat olur. Hamını nəzərə almaq lazımdır".
Sakinlərin sözlərinə görə xətdə buraxılan yeni nəsil avtobuslarda da kondisioner problemi olur. Lakin sürücülər bildirir ki, yayın istisində kondisionerin söndürülməsi deyə bir şey yoxdur. Bəzən elə olur ki, sərnişinlər kondisionerin sərinliyini azaltmağı xahiş edir. Amma havalar isti, eyni zamanda sərnişin sıxlığı olduğundan sürücülər onların bu xahişini yerinə yetirmir.
Ətraflı "Apa TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 863 Tarix: 08 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr