Avtobuslarda kart sisteminə keçid: Yeddi il əvvəl başlayan proses hələ də bitməyib
2018-ci ildən paytaxtda marşrut avtobuslarının kart sisteminə keçidi başlasa da, hələ də ödənişi nağd şəkildə həyata keçirilən avtobuslar kifayət qədərdir.
Xezerxeber.az-ın məlumatına görə, hazırda marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Bəzi sərnişinlər isə bu fikirdədirlər ki, kartla ödəniş sisteminin olmaması onlar üçün çətinlik yaradır.
Sürücülərin bəziləri kart sisteminə keçidin tərəfdarı olsalar da, bəziləri deyir ki, bu sistemə keçid onları qane etmir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ümumilikdə paytaxtda 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür.
Hazırda fəaliyyət göstərən marşrutların 64 faizində nağdsız ödəniş sistemi tətbiq olunur. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 828 Tarix: 08 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr