Üç məşhur həkim hakim qarşısına çıxarılır (SƏBƏB)
Üz-çənə sahəsində tanınmış üç həkim pasiyenti düzgün müalicə etmədiklərinə görə məhkəməyə verilib.
Sonxeber.az unikal-a istinadən xəbər verir ki, Elmira Tofiq qızı Ağabalayeva və anası Mahirə Məmmədrahim qızı Ağabalayeva üç tanınmış həkim - Sənan Tofiq oğlu Xankişiyev, Şamil Ehtibar oğlu Rzayev və Fərman İbrahim oğlu Həsənov barəsində Nərimanov rayon Məhkəməsinə şikayət ediblər. Məhkəmə prosesinə hakim Nərgiz Tağıyeva sədrlik edəcək.
Qeyd edək ki, mülki işdə cavabdeh qismində yuxarıda adı sadalanan həkimlər, "Araş Estetik" MMC, "Dental Arts Studio" MMC, "Real Hospital" MMC və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tanınıb. İddiaçı Elmira Ağabalayeva həkimlər və klinikalardan tələb kimi ona dəymiş ziyanı ödəməyi qoyub.
Xatırladaq ki, adları sadalanan həkimlər pasiyent cəlb etmək üçün TV-lərdə daim özlərini reklam edirlər. Şamil Rzayev hətta 2020-ci ildə keçirilən parlament seçkisində millət vəkilliyinə namizəd də olub.
Sənan Xankişiyev barəsində isə birinci pasiyent şikayəti deyil. Belə ki, 2017-ci ildə Südabə Məlikova adlı vətəndaş sağlamlığında yaranmış fəsadla bağlı Sənan Xankişiyevdən məhkəməyə şikayət də etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1575 Tarix: 08 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr