Kirayə mənzil bazarında qiymətlər niyə azalmır?

Kirayə mənzil bazarında qiymətlər niyə azalmır?2023-2024-cü tədris ili başa çatdığından Bakıda kirayə qalan bir çox tələbələr rayonlara qayıdıblar. Bu il məzun olanlar kirayə qaldıqları ev və mənzilləri sahiblərinə təhvil veriblər. Bunun isə kirayə mənzil bazarında qiymətlərə necə təsir edib-etməyəcəyi sual doğurur.

Əvvəllər kirayədə qalan tələbələrin rayonlara qayıtması mənzil bazarında qiymətlərə təsirsiz ötüşürdü. Ekspertlərin fikrincə, əvvəlki illərə nisbətən artıq belə hallar kirayə mənzil bazarına o qədər də təsir göstərmir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, kirayə mənzil bazarında vəziyyət stabildir.

Onun sözlərinə görə, ümumiyyətlə, yay aylarında xüsusilə də çoxmənzilli binalarda qiymətlərdə artım olmur. Ekspert bildirib ki, əsasən, dərs müddəti bitdikdən sonra tələbələrin bir çoxunun rayonlara səfər etməsinə görə qiymətlər nisbətən azalır:

"Doğrudur, keçən il bunu müşahidə edə bilmədik. Çünki keçən il tələbələrin əksəriyyəti qiymətləri yüksək olması səbəbindən sentyabrda geri döndükdə ev tapa bilmirdilər. O səbəbdən kirayə qaldıqları mənzilləri boşaltmamışdılar. Güman edirəm ki, bu il də belə olacaq. Çünki onların bir çoxu rayona getməkdənsə, Bakıda qalaraq işləməyə üstünlük verirlər. Hər halda bunu zaman göstərəcək. Amma qiymətlər hələlik stabildir. Avqustun sonundan başlayaraq sentyabrın sonunadək qiymətlərdə dəyişiklik ola bilər. Bu isə müvəqqətidir. Dekabrdan başlayaraq yenidən vəziyyət stabilləşir".

R.Qasımzadə hazırda kirayə mənzil bazarında qiymətlərin necə dəyişdiyindən də danışıb. Onun sözlərinə görə, hazırda kirayə mənzil bazarında qiymətlər birotaqlılar üçün minimum 300 manatdan başlayır və 400 manata qədər dəyişir:

"İkiotaqlılar təxminən 400-700 manata, üçotaqlılar isə təqribən 500 manatdan başlayaraq 800-1000 manata qədər təklif olunur. Yeni tikili binalarda isə qiymətlər kvadratmetrindən asılı olaraq formalaşır. Bir kvadratmetrin qiyməti təxminən 7 manatdan başlayaraq 12 manata qədər dəyişə bilir".

Ekspert söyləyib ki, metro stansiyalara yaxın ərazilərdə yerləşən mənzillər daha baha, şəhərətrafı yerlərdə isə nisbətən ucuzdur:

"Demək olar ki, qiymətlərin baha olduğu ərazilər metro yaxınlığında yerləşən mənzillərdir. Belə mənzillərin qiyməti digərlərindən fərqli olaraq təxminən 15-20% daha bahadır. Məsələn, metronun yaxınlığında birotaqlı mənzil 400 manatdırsa, bir qədər kənarda eynisini 300 manata da tapmaq olar. Paytaxtda kirayə mənzillərin baha olduğu rayonlara Səbail, Nərimanov və Nəsimi daxildir. Xətai, Sabunçu və Suraxanı rayonlarında isə kirayə mənzil qiymətləri nisbətən aşağıdır".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, tədris ilinin başa çatması əvvəlki illərdə bazarda təklifin artmasına gətirib çıxarırdı. Onun sözlərinə görə, amma bu hal son illərdə, xüsusən pandemiyadan sonra müşahidə edilmir:

"Çünki növbəti tədris ilində Bakıda qalacaq tələbələr, demək olar ki, evləri boşaltmırlar, ev yiyəsi ilə hər hansı bir formada razılığa gəlirlər. Çünki iki aydan sonra yenidən ev axtardıqda tapmaq mümkün olmur. Bütün bunlara baxmayaraq, bu dövrlərdə az da olsa təklif artımını müşahidə edirik. Əvvəlki illərdə bu, qiymət azalmasına səbəb olurdu. Amma son illərdə bu müşahidə olunmur. Yəni qiymət azalması baş vermir. Çünki təklif portfelinin məhdudlaşması tendensiyası davam edir".

Ekspert vurğulayıb ki, hazırda kirayə mənzilə olan tələbat yüksək həddə çatıb, bununla yanaşı mənzil tapmaq çətinləşib:

"Bu səbəbdən də biz bu dövrdə də azalma müşahidə etmirik. Amma məsələ burasındadır ki, hər il payız mövsümünə doğru qiymətlərdə artım müşahidə olunur. Hesab edirəm ki, bu il də təqribən oxşar tendensiyanı müşahidə edəcəyik. Hər bir halda qısamüddətli bir dövrdür. İndidən qiymətlərin hansı səviyyədə dəyişəcəyini söyləmək çətindir. Şəhərsalma prosesi davam edir. Şəhər mərkəzinə yaxın olan ərazilərin söküntüsü baş verir. Belə olan halda hər gün yeni qərarların qəbul olunması nəticəsində, ola bilər ki, təklif portfelinin əsas hissəsini təşkil edən hansısa bir ərazinin söküntüsünə başlanılsın. Bu isə payız aylarına doğru qiymətləri daha çox artıra bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 896   Tarix: 08 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr