Eyni məhsul, fərqli MARKETLƏR- Qiymətlər tənzimlənə BİLƏRMİ?
Böyük supermarketlərdə qida məhsulları sabit qiymətə satılmır. Məsələn deyək ki, bir qida məhsulu marketdə 15 manata təklif olunursa, həmin məhsul başqa bir marketdə 18 manata satılır. Yəni qida məhsulları fərqli qiymətlərlə istehlakçılara təklif olunur. Bəs bu məhsulların qiyməti niyə marketlərə görə dəyişir? Qida məhsullarının qiyməti dərmanlar kimi stabil qiymətdə satılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli Sonxeber.az-a açıqlama verib. Ekspert hesab edir ki, ölkədə heç nəyin qiyməti dövlət tərəfindən tənzimlənməməlidir:
"Sadəcə olaraq liberal rəqabət imkanları yaradılmalıdır. Bu gün əgər hansısa mağazada yağ 14 manata, digər bir mağazada isə 18 manatadırsa, bu nə deməkdir? Deməli insanlar ən birinci eyni keyfiyyətli yağdırsa, 14 manata olan məhsulu alacaqlar. 18 manata məhsulu satan mağaza ya məcbur olub qiməti 14 manatdan aşağı satmalıdır, ya da iflas etməlidir. Əlbəttə ki, burada süni qiymət artımı və inhisarçılıq meyilləri olmamalıdır. Bu baxımdan hesab edirəm ki, azad bazar iqtisadiyyatında qiymətlər rəqabətin təsiri altında formalaşmalıdır. Tələb və təklif əsasında daha uyğun qiymət və keyfiyyətlə təmin olunan ərzaqlar müsbət nəticə verməlidir. Bu baxımdan rəqabət imkanları daha çox genişləndirilməlidir. Eyni zamanda süni qiymət artımı v inhisarçılıq meyillərinə kəskin nəzarət olmalıdır. Belə olan təqdirdə qiymətlər düzgün formalaşacaq və təşkil olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?