QHT Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza yaradır
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza yaradır. Bu elektron baza Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsi çərçivəsində hazırlanır.
İctimai Birliyin sədri və layihənin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, Qərbi Azərbaycanın irsi mövzusu Qərbi Azərbaycanla bağlı həyata keçirilən fəaliyyətlərdə xüsusi önəm daşıyır. "Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılmış və ya saxtalaşdırılmışdır. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olmuşdur. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var."
C. Hüseynzadə qeyd edib ki, bu tipli elektron baza ilk dəfədir yaradılır: "Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar azərbaycan və ingilis dillərində toplanılacaq. E-bazada müxtəlif kriteriyalar üzrə axtarış sistemi qurulacaqdır. İlkin mərhələdə 200 maddi-mədəni abidə haqqında məlumatlar işlənilib bazaya daxil edilməsi nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 691 Tarix: 08 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr