Fransada parlament SEÇKİLƏRİ: Makron istefaya GEDİR? - ŞƏRH
Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələri elan edilib. Marin Le Penin partiyası seçkiləri uduzub, solçu "Yeni Milli Cəbhə" qalib gəlib. Qeyd olunub ki, ikinci yerdə Makronun "Birgə" koalisiyası, üçüncü yerdə isə Le Penin partiyası qərarlaşıb.
Belə olan təqdirdə Makronun siyasi taleyi necə olacaq. Fransa Prezidenti istedaya gedə bilər?
Mövzunu Sonxeber.az-a şərh edən politoloq Kazım Kazımov deyib ki, Fransada seçkilər Makronun məğlubiyyəti ilə nəticələndi:
"Makron hər nə qədər seçkiləri qəfil şəkildə irəli alıb, qazanmağa çalışsa da, Fransa xalqının seçiminin Makron olmadığı açıq şəkildə görüldü. Sol qüvvələrin qələbəsinin bir neçə səbəbi vardır. Bunun Makronun birbaşa yarıtmaz daxilində və xarici siyasətinin nəticəsidir. Biz bilirik ki, Emmanuel Makron Fransa daxilindəki problemləri bir kənara qoyaraq beynəlxalq siyasətdə əsas rol oynamağa çalışır. O Qarabağda, Liviyada və Livanda, hətta uzaq Şərqi Asiyada aktiv siyasət yeritməyə çalışırdı. Biz baxdığımızda bütün bu bölgələrin hamısında onun siyasəti fiyasko ilə nəticələndi".
Politoloqun sözlərinə görə, daxili siyasətinə baxdıqda, Makron xarici siyasətdə diqqət etdiyi üçün Fransada maaş kəsintiləri yaşandı. . O cümlədən pensiya yaşı qalxdı və inflyasiya yüksəldi:
"Xalq buna sivil şəkildə etiraz etdiyi təqdirdə fransız polisinin dəyənəyi ilə üzləşmək məcburiyyətində qaldı. Belə olan təqdirdə daha xalqa uyğun və sosial-siyasi vədlər verən Sol qüvvələr qalib gəldi. Makron ən azı 1 il müxalif qüvvələr ilə işləmək məcburiyyətində qalacaq. Hökumət rəhbəri böyük ehtimalla sol qüvvələrdən olacaqdır. Biz bilirik ki, Fransa qanunlarına görə ən az bir il prezident seçilmiş parlamenti buraxa bilməz. Ona görə də Makron sol qüvvələrin dedikləri ilə oturub-durmaq məcburiyyətində qalacaq. Bu da Makronun gələcək siyasi şansını 0-a endirir. Biz çox yaxında Fransada ciddi qarşıdurmalar gözləyirik. Bu qarşıdurmaların nəticəsində Emmanuel Makronunda siyasi taleyi həll olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1303 Tarix: 09 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr