"Hansısa zülmkarın uzun illər hakimiyyətini davam etdirməsi və cəzasız qalmasının əsas səbəbi nədir?.."

"Hansısa zülmkarın uzun illər hakimiyyətini davam etdirməsi və cəzasız qalmasının əsas səbəbi nədir?..""Başqalarının haqqı tapdalananda, kimsə həbs olunanda, öldürüləndə, işgəncələrə məruz qalanda ətrafdakılar fikirləşirdilər ki, "mənim nə işimə qalıb? Axı əsas odur ki, bu, mənim başıma gəlməyib, mənə aidiyyatı yoxdur"...

Ətraflı
"Düşmənlərdən qorxma - onlar ancaq öldürə bilər; dostlardan qorxma - onlar yalnız xəyanət edə bilərlər; laqeyd insanlardan qorxun - dünyanın bütün ən dəhşətli cinayətləri məhz onların susqun razılığı ilə baş verir..."

"Biz həmişə harasa tələsirik, qaçırıq, həmişə bizə elə gəlir ki, vaxtımız olmayacaq - pul qazanmağa, nəsə almağa, kiminləsə görüşməyə, harasa getməyə - və xəstələnəndə qocalıq gələndə məlum olur ki, həyat boş-boşuna, mənasız şeylərin ardınca qaçmaqda keçib..."

"Hansı insan hərəkəti sizə ən pis və əxlaqsız görünür? – Yəqin ki, indi hamı qəddarlıqdan, günahsız və müdafiəsiz insanlara qarşı zorakılıqdan və bu kimi şeylərdən danışacaq. Düzdür, belə hərəkətlər bizim hiddətimizə səbəb olmaya bilməz. Bəs niyə hansısa bədxah, zülmkar tiran, diktator, cinayətkar uzun illər sakitcə öz əməllərini edə və hakimiyyətdə qala bilir, necə olur ki, o, bu qədər uzun müddət cəzasız qalır? Buna əsas səbəb onu əhatə edən insanların laqeydliyi olub. Onun cəzasız qalmasını susqunluqları ilə dəstəkləyiblər. Onun bəzi insanların başqalarının başına gələnlərin heç bir şəkildə onlara aidiyyatı olmadığına görə onlara əhəmiyyət verməyəcəyinə inamını təsdiqləyiblər. Bu məqalədə məhz bu barədə - insan laqeydliyi haqqında danışmaq istərdim".

Moderator.az zülmün, vəhşətin, rəhmsizliyin, laqeydliyin baş alıb getdiyi bugünkü dünyamız üçün aktuallığını nəzərə alaraq tanınmış islamşünas yazar Anna (Müslimə) Kobulovanın "İslamToday" nəşrində dərc olunmuş "Dünyada ən dəhşətli cinayətlərin törədilməsinin səbəbi" başlıqlı məqaləsini dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq:

"Rus dilində "ravnoduşiye ("laqeydlik, "biganəlik") sözü " iki sözdən "ravno" və "duşa") ibarətdir - "rəvan(yəni sakit, soyuq) ruh". Bu heç bir şeyin incidə bilməyəcəyi, toxuna bilmədiyi, qəzəbləndirə bilməyəcəyi, üzdürə və ya sevindirə bilməyəcəyi bir insanın ruhunun vəziyyətidir. Onun yanında qoca, qadın və ya uşağı alçalda, rüsvay edə bilərlər, kimsə özünü pis hiss edəcək, kimsə kömək istəyəcək, müdafiə istəyəcək – amma o, sakitcə hamısının yanından keçəcək, onun nə vecinədir - axı bu yad adamdır. Çünki onun üçün başqasının dərdi yaddır, maraqlı deyil...

Çex jurnalisti və antifaşist Yulius Fuçek bu insani pislik haqqında çox sərt sözlər deyib:

"Düşmənlərdən qorxma - onlar ancaq öldürə bilər; dostlardan qorxma - onlar yalnız xəyanət edə bilərlər; laqeyd insanlardan qorxun - dünyanın bütün ən dəhşətli cinayətləri məhz onların susqun razılığı ilə baş verir".

Fuçik özü nədən yazdığını bilirdi. Çexoslovakiyanın faşistlər tərəfindən işğalı zamanı Müqavimət hərəkatının üzvü olub, faşist rejiminə qarşı vuruşub, buna görə həbs edilib və orada öldürülüb. O məhz bundan danışırdı; niyə nasistlər hakimiyyətə gəlib bizi hələ də qəzəbləndirən bütün o dəhşətli cinayətləri törədə biliblər - məhz insanların əksəriyyətinin biganəliyi ucbatından. Başqalarının haqqı tapdalananda, kimsə həbs olunanda, öldürüləndə, işgəncələrə məruz qalanda ətrafdakılar fikirləşirdilər ki, "mənim nə işimə qalıb? Axı əsas odur ki, bu, mənim başıma gəlməyib, mənə aidiyyatı yoxdur"...

İnsan ehtiyacları və problemləri xüsusilə böyük bir şəhərin hay-küyündə silinir və dəyərsizləşir. Hər kəs daim harasa qaçır, tələsir, vaxtında çatmamaqdan qorxur. Yaşlı bir kişi metroya və ya avtobusa girib - aydındır ki, o, yorğundur və oturmaq istəyir, amma oturanların heç biri ona yer verməyə razı deyil. Hamı "mən niyə belə edim, işdə çox yorulmuşam, qoy qonşum qalxsın" kimi fikirləşir. Bir kişi qışda buz bağlamış yolda sürüşüb yıxılır, lakin heç kim ona əl uzatmağa və ayağa qalxmasına kömək etməyə tələsmir - hər kəsin bir işi var; "vaxtımız yoxdur, başqaları bunu etsin"...

İllərdir bu adamların yanında yaşasaq da, bina girişindəki, mənzilimizlə üzbəüz olan qonşularımızın adlarını neçəmiz bilirik? Problemlərini, sevinclərini, kədərlərini bilmək bir yana qalsın, onlarla nadir hallarda belə salamlaşırıq. Üstəlik, bir çoxumuz bir az uzaqda qohumlarımızı nadir hallarda xatırlayırıq. Hətta öz valideynlərimiz- həyatımızda hər şeyə borclu olduğumuz o insanları da unuduruq. Nə qədər müasir sayılan insanlar ata-analarını hərdən xatırlayır, onlara zəng etməyi və ya həftədə, yaxud ayda bir dəfə ziyarət etməyi unudurlar...

Biz həmişə harasa tələsirik, qaçırıq, həmişə bizə elə gəlir ki, vaxtımız olmayacaq - pul qazanmağa, nəsə almağa, kiminləsə görüşməyə, harasa getməyə - və xəstələnəndə qocalıq gələndə məlum olur ki, həyat boş-boşuna, mənasız şeylərin ardınca qaçmaqda keçib və hələ də həyatda əsas şeylərdən - yaxınlarınızla ünsiyyətdən, valideynlərə, uşaqlara və həyat yoldaşlarına sevgi, xeyirxah işlər görməkdən həzz almağa vaxtımız olmayıb. Fəqət biz belə şeyləri nə qədər gec dərk edirik...

Dinimiz başqalarının dərdinə biganə qalmamağın vacibliyi haqqında nə deyir? Quran möminləri başqalarına yaxşılıq etməyə təşviq edir:

"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" ("Nisa" surəsi, ayə 36).

Yəni bütün insanlara yaxşılıq etmək lazımdır - qohumlara və qohum olmayanlara, dini və ya milli mənsubiyyətindən asılı olmayaraq qonşulara, yolçulara və hətta "sahib olduğunuz" qullara - (axı hər kəs qonşu və ya qohum ola bilər).

Bir insana yaxşılıq etmək üçün ətrafınızdakı insanlara - həqiqətən köməyə ehtiyacı olan, çətinliyə düşən, xoş sözə və ya qayğıya, sevgiyə ehtiyacı olan insanlara diqqətlə baxmaq lazımdır. Laqeyd, eqoist insan həm də ona görə yaxşılıq etmir ki, o, tamamilə özünə, problemlərinə qərq olub, ətrafına baxmağa vaxtı yoxdur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) möminləri xüsusilə onların yaxınlığında yaşayan insanların qayğısına qalmağa təşviq etmişdir:

"Yanında ac qonşusu olduğunu bilə-bilə tox şəkildə yuxuya gedən iman gətiməmişdir" ( ət-Təbərani)...

Əgər insan özünü həqiqi mömin hesab edirsə, yanındakı adamın necə: varlı və ya kasıb, tox və ya ac yaşadığına laqeyd qalmamalıdır...

Ümumiyyətlə, İslam qonşuların hüquqlarından çox danışır... Bir insanın yanında yaşayırıqsa, onu narahat etməmək üçün daim düşünməli, rahatlığına diqqət yetirməli, onunla salamlaşıb ehtiyaclarını öyrənməli, onunla hədiyyə mübadiləsi aparmalı, xəstəlik zamanı ona baş çəkməliyik...

Təəssüf ki, insanlar bütün bu göstərişlərə yalnız hamının bir-birini tanıdığı kəndlərdə və kiçik şəhərlərdə əməl etməyə davam edirlər. Böyük bir şəhərdə, nəhəng bir yaşayış binasında biz nadir hallarda qonşularımızın adlarını belə, bilirik. Hər kəs öz həyatını yaşayır və başqaları ilə maraqlanmır. Bu yuxudan oyanmaq, başqasının nələr yaşadığını anlamaq üçün insan bəzən hansısa güclü sarsıntıya, özü də bir növ kədər yaşamağa, yaxın adamını itirməyə, ağır xəstəliyə düçar olur...

Möminlər tez-tez soruşurlar: "Allah məni niyə belə cəzalandırdı, axı mən ləyaqətli bir insan idim, heç kimə pislik etməmişəm, dini vəzifələrimi bacardığım qədər yerinə yetirməyə çalışmışam?" Bəlkə də bu doğrudur - sən heç kimə pislik etməmisən, amma heç bir yaxşılıq da etməmisən, başqasının dərdinin yanından laqeyd keçmisən və ya bir insana kiçik bir yaxşılıq belə etmək üçün çox tənbəllik etmisən (yıxılan birinə əl uzatmaq, birinə yer vermək, yük daşımasına kömək etmək və s.).

Hər bir insanın həyatında zaman-zaman başına gələn bədbəxtliklərdə çoxlu hikmətlər gizlənir - xüsusən də əzab çəkmiş insan başqalarının problemlərinə qarşı yumşaq və mərhəmətli olur...

Bəs biganəliyə necə qalib gələ bilərik?..

Anlayın ki, ətrafınızda yad insanlar və buna görə də sizin üçün maraqsız olan canlılar deyil, sizin kimi insanlar var - onlar da sizin kimi ağrılar, ağırlıqlar, çətinliklər, kədərlər yaşayırlar. Hədisdə deyilir ki, həqiqi dindar insan başqası ilə də özü ilə davrandığı kimi davranar. "Sizdən heç biriniz özü üçün istədiyini qardaşı (bu halda hər hansı bir şəxs) üçün də istəməyincə iman gətirmiş olmaz" (Buxari, Müslim).

Necə ki, biz öz ehtiyaclarımızla maraqlanırıq, nəfsimizi təmin etməyə çalışırıq, dərddən əziyyət çəkirik, başqalarının kobudluğundan, ədalətsizliyindən əziyyət çəkirik, nöqsanlarımıza haqq qazandırırıqsa, başqasının ehtiyaclarını, istəklərini, gileylərini də xatırlamalıyıq. O da bizim kimi adamdır, bizdən heç də pis deyil. Əgər bunu həqiqətən dərk etsək, digər insanların yanından biganə keçə bilməyəcəyik, onların vəziyyətinə diqqətli olacağıq; "qonşumuz və ya həmkarımız niyə solğun və ya kədərli görünür, ona nəsə olub, xəstədir, xəstədirmi, yoxsa maliyyə çətinlikləri var?" Küçədə gedərkən düşüncələrimizə tam qərq olmayacağıq, ətrafımıza baxacağıq - budur uşaq arabası ilə nəqliyyatdan düşən qadın, ağır yükü daşımaqda çətinlik çəkən qoca, yaxud bir kişinin əlindən nəsə düşür və onu əyilib götürməyə çətinlik çəkir... Biz xeyirxah iş görməklə təkcə bu insanları sevindirmirik, bu yolla Uca Yaradanın rizasını qazana bilərik - və bu hər bir möminin həyatının əsas məqsədidir...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 899   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir" - İran səfiri

ranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir. İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb. Səfir bildirib ki, sayca 3-cü yardım karvan

4 aprel
.

Azərbaycanda vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək

Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Verg

4 aprel
.

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhə

4 aprel
.

Bakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO

Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub. -a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir. 13:38. Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən ik

4 aprel
.

Ağdaşda 28 yaşlı qadın itkin düşdü - Foto

Ağdaşda 28 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Ağdaş rayon sakini Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. S. Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zama

2 aprel
.

Azərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI

Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir

4 aprel
.

Küləklə bağlı növbəti - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda v

4 aprel
.

Bakıda bu ərazidə yeni bulvar salınacaq

Paytaxtın Yasamal rayonunda yerləşən və uzun illərdir "Qanlı göl" adı ilə tanınan ərazi ilə bağlı yenidənqurma planları yenidən müzakirə olunur. -in məlumatına görə, həmin su hövzəsinin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Bildirilir ki, layihəy

3 aprel
.

Siyəzəndə 5 nəfər dəm qazından zəhərləndi - Yenilənib

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib. APA-ya istinadən xəbər verir ki, aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib. Onlardan 2 nəfər - Rəsulova Leyla Şamil qızı (10.07.2012) və Hacıyeva Xəyalə Adil qızı (11.04.1996

4 aprel