Qəribə kafe və restoran adları: "Qaça-quç" , "Yedin dur"... - Kim icazə verir?

Qəribə kafe və restoran adları: "Qaça-quç" , "Yedin dur"... - Kim icazə verir?Ölkədə qəribə kafe və restoran adlarına rast gəlmək mümkündür. "Qaça-quç" , "Yedin dur", "Bu gün pullu, sabah pulsuz" , "Usta Elşadın qırğın dönəri", "Nahidin Restoranı" , "Ay Qonşu", "Arı Məmməd", "Kamalın Təndiri" və sair kimi adlar bura daxildir. Kafe və restoran sahibləri belə adları seçməkdə daha çox müştəri cəlb etmək məqsədi güddüklərini deyirlər.

İaşə obyektlərinin ad seçiminə nəzarət varmı? Ad seçimi zamanı hansı tələblər qoyulur?

Moderator.az bildirir ki, Teleqraf.com məsələ ilə bağlı məlumat öyrənmək üçün Dövlət Reklam Agentliyi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Hüseyin Azəri Teleqraf.com-a açıqlamasında kafe və restoran adları ilə bağlı məsələlərin Dövlət Reklam Agentliyinin nəzarətində olduğunu bildirib:

"Bizim sakibkarların işinə müdaxilə etmək hüququmuz yoxdur. Ad seçmək onların ixtiyarındadır. Dövlət Reklam Agentliyi açıq məkandakı reklamlara nəzarət edən tənzimləyici qurumdur. Sahibkarlar açıq məkanda obyektlərinin üzərinə adlarını vurmazdan əvvəl Dövlət Reklam Agentliyindən icazə almalıdırlar. İcazə üçün onlayn müraciət kifayətdir.

Obyektin üstünə vuracaqları reklamın eskizi bizə göndərilir. Bu nümunələrə baxırıq, hansısa qanunauyğunsuzluq yoxdursa, reklamların yayımına icazə verilir. Əgər qanundankənar reklam aşkarlanarsa, sahibkarları cərimə gözləyə bilər. Cərimələrin miqdarı 300 manatdan 10 min manata qədərdir".

Qurum rəsmisi kafe və restoranlara ad seçiminə müdaxilə olunmadığını deyir:

"Sahibkarların ad seçiminə müdaxilə etməyə ixtiyarımız yoxdur. Qanunvericilikdə nəzərdə tutulub ki, açıq məkanlarda reklamlar dövlət dilində olmalıdır. Xarici dildə o halda ola bilər, ki, onların müvafiq əmtəə nişanı olsun. Əgər sahibkar obyektin adını xarici dildə qoyubsa, əvvəlcə Azərbaycan dilində yazılmalı, sonra əcnəbi dildə yazı gəlməlidir. Xarici dildə olan yazının mətni Azərbaycan dilində olan mətnin həcmindən böyük ola bilməz.

Ancaq ad seçərkən sahibkarların hüququna müdaxilə edə bilmərik. Sahibkar istərsə, heç bir məna kəsb etməsə belə, ailə üzvlərinin adlarının baş hərflərini də yaza bilər. Əmtəə nişanı varsa və ya dövlət dili ilə bağlı qanunauyğunsuzluq yoxdursa, bu halda bizim tərəfdən icazə verilir.

Dəfələrlə əhaliyə müracət etmişik ki, hansısa bir qanunun tələblərinə cavab verməyən reklamlarla rastlaşsanız, bunu adra.gov həştəqi ilə bizə bildirin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1307   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr