Futbol matçı zamanı məşqçi DÖYÜLDÜ: Azarkeşlər niyə şiddətə MEYİLLİDİR?

Futbol matçı zamanı məşqçi DÖYÜLDÜ: Azarkeşlər niyə şiddətə MEYİLLİDİR?Xəbər verdiyimiz kimi, AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən "Zirə"-"Neftçi" matçında qonaq komandanın məşqçisi İsmayıl Məmmədov azarkeşlər tərəfindən döyülüb. Matçın 36-cı dəqiqəsində yerli azarkeşlər qonaq komandanın köməkçi məşqçisi İsmayıl Məmmədova hücum çəkiblər. Bu barədə görüntülər "Neftçi TV"nin canlı yayımında əks olunub. Sözügedən oyunda məşqçinin döyülməsi ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb.

Göründüyü kimi, istər idmançılar, istərsə də azarkeşlər arasında zaman -zaman şiddət, qalmaqal və aqressiya halları yaşanır. Əfsuslar olsun ki, bu gün başda gənc nəsil olmaqla, bir çoxları mübahisəni ağıl ilə deyil, güc nümayiş etdirməklə həll etməyə çalışırlar. Bəs idmanda, matçlar zamanı niyə davalar yaşanır? İnsanlar niyə şiddətə meyilli olurlar?

Məsələ ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Sonxeber.az-a açıqlamasında bildirib ki, idman sahəsində insanların davranışları ictimai həyatda qəbul edilməzdir:

"İdman sağlamlıq və mədəniyyətdir. İdmanla məşğul olanlar anlamalıdırlar ki, oyunda olan oyunda qalır. Kənar oyun anlayışı yoxdur. Məğlubiyyət və qalibiyyət idmanda bir-birini əvəzləyir. Məğlub olmağı bacarmayanlar qalibiyyətin nə olduğunu dərk edə bilməzlər, və ya əksinə. İdmanda rəqabət olmalıdır, amma rəqabət düşmənçiliyə çevrilməməlidir. Azarkeşlik sevgi üzərində formalaşmalıdır. Rəqibə qarşı nifrətlə azarkeşlik etmək olmaz. Düşüncə dəyişilməlidir. İdman psixoloqlarına ehtiyac var".

Psixoloqun sözlərinə görə, idman sahəsində hər zaman həyəcan var. İdmançılar və azarkeşlər idmana olan maraqlarını müxtəlif emosiyalarla ifadə edirlər:

"Həyəcan müsbət mənada yaxşıdır. İnsanlar idman yarışlarında stresslərini atırlar. Amma unutmamalıdırlar ki, ictimai həyatın qaydaları idman qaydaları ilə davam edə bilməz. Hər bir idman sahəsində psixoloq olmalıdır ki, psixoloji mühitin dəyərləndirilməsini apara bilsin. İdman psixoloqu istiqamətində ixtisaslaşma aparılmalıdır ki, mənfi hadisələrə qarşı qabaqlayıcı tədbirlər görülsün. Psixoloji mühitin sağlam olması üçün davamlı psixoloji maarifləndirmə fəaliyyətləri aparılmalıdır. Yarışlarda nifrətə qarşı sevgi fikirləri ifadə olunmalıdır".

Qeyd edək ki, tərəflər arasında şikayətə səbəb olacaq hadisə baş vermədiyi üçün polisə müraciət edilməyib. Buna baxmayaraq yayılan görüntülərlə əlaqədar ərazi polis orqanında araşdırma başlayıb. Hadisə iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilir. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1321   Tarix: 15 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr