Dövlət Neft Fondu ölkənin maddi rifahının yüksəldilməsinə xidmət edir

Dövlət Neft Fondu ölkənin maddi rifahının yüksəldilməsinə xidmət edirGörkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyev XX əsrdə Azərbaycan tarixinin böyük siyasi nümayəndələrindəndir. Müstəqil Azərbaycan Respublikasının yaradılmasında, onun inkişaf etdirilərək dünyanın iqtisadi və siyasi meydanının önünə çıxarılmasında H.Əliyevin əvəzedilməz rolu və xidməti olmuşdır. Ümummilli lider Heydər Əliyev vaxtilə Azərbaycan xalqının milli sərvəti olan neft haqqında son dərəcə əhəmiyyətli tarixi fikrlər söyləmişdir: "Neft -Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki deyil, həm də gələcək nəsillərə mənsubdur".

Azərbaycanın neft strategiyasının əsasını H. Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri konsorsiumu arasında 1994-cü il sentyabrın 20-də "Gülüstan" sarayında imzalanmış ilk neft müqaviləsi-"Əsrinmüqaviləsi" təşkil etmişdir. Ümummilli lider Heydər Əliyevin böyük və gərgin zəhməti nəticəsində imzalanmış "Əsrin müqaviləsi" hazırda Azərbaycanın neft strategiyasının əsasını təşkil edir və XX əsrin ən əhəmiyyətli hadisələrindən biri kimi tarixə düşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Azərbaycan 29 dekabr 1999-cu il tarixli 240 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı. Azərbaycan Respublikası Prezidenti Azərbaycanda təbii sərvət-neftdən əldə edilən gəlirlərin ölkənin makroiqtisadi inkişafına yönəldərək ona böyük təsir göstərdi. Hazırda neft gəlirləri hesabına bir çox layihələr maliyyələşdirilir. Həmin layihələrdən ardıcıl olaraq bəzilərini qeyd edirəm:

1) Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması;
2) Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsindəAzərbaycanRespublikasınıniştirakpayınınmaliyyələşdirilməsi;
3) Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin maliyyələşdirilməsi;
4) Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri;
5) Bakı Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi; Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması;
6) Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
7) "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi;
8) Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
9) Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı
10) 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı;

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində hazırlanmış Milli Neft Strategiyasının ölkəmizin neft və qaz ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadəsini təmin etməkdir.

2001-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və onların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün vəsait ayırmışdır. Həmin dövrdə Dövlət Neft Fondunun ayırdığı vəsait hesabına Azərbaycanın bir çox rayonlarında, o cümlədən Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar və Kürdəmir və Samux rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu və Abşeron və Binəqədi rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilmişdir. Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, eləcədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişlər əsasında Dövlət Neft Fondu tərəfindən adı yuxarıda qeyd olunan qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülmüş və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilmişdir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış etmişdir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirmiş, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin etmiş, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil etmiş və əlaqələndirmişdi. 2020-ci ilin 30 dekabr tarixinə bu layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün Fonddan ümumilikdə 2 702,7 milyon manat, o cümlədən cari il ərzində 200 milyon manat vəsait ayrılmışdır.

ARDNF tərəfindən maliyyələşdirilən layihələrdən biri də "Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsidir. Bu layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində içməli suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin içməli su təchizatının etibarlı və dayanıqlı olmasını təmin etməkdir. Bunun üçün təxminən 150 metr dərinlikdə 78 istismar quyusu tikilmişdir. Layihənin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42s nömrəli Sərancamına əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən layihənin maliyyələşdirilməsinə 2006-cı ilin əvvəlindən başlanılmış və 2011-ci ilin sonuna qədər layihə üzrə ümumilikdə 779,6 milyon manat vəsait ayrılmışdır. Beləliklə ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi başa çatmışdır. ARDNF tərəfindən maliyyələşdirilən növbəti layihələ - Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməridir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 kilometrdir. Onun 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddətinin 40 il, orta ötürücülük qabiliyyətinin gündə 1 milyon barel olması nəzərdə tutulub. 2002-ci ildən 1 fevral 2007-ci il tarixinədək olan dövr ərzində ümumilikdə 298 milyon manat məbləğində vəsait Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.

ARDNF tərəfindən maliyyələşdirilən növbəti layihələrdən biri Bakı – Tbilisi – Qars yeni dəmir yolunun tikintisidir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.ARDNF tərəfindən maliyyələşdirilən növbəti layihələrdən biri Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsidir. Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon ABŞ dolları (1 005,0 milyon ABŞ dolları – ARDNF-nin payı) təşkil edir. Ümumi olaraq ARDNF tərəfindən layihəyə 904,6 milyon ABŞ dolları vəsait ayrılmışdır və layihənin tikintisi 2018-ci ilin fevral ayında başa çatdırılmışdır. ARDNF-nin fəaliyyəti ölkə iqtisadiyyatı qarşısında duran bir çox mühüm vəzifələrin həllinə yönəlmişdir. Məsələn, ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi; ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi, eləcə də neft və qazın bərpa edilməyən təbii sərvət olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasıdır.

ARDNF tərəfindən maliyyələşdirilən növbəti layihələrdən biri də Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 30.06.2020-ci il tarixinə icra vəziyyəti barədə Arayışda 30.06.2020-ci il tarixinə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" (Dövlət proqramı) çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirildiyi qeyd olunur. Bu tələbələrin sayı ümumilikdə 152 nəfər olmaqla, 146 nəfəri 2 təhsil dərəcəsi, 6 nəfəri isə 3 təhsil dərəcəsi üzrə təhsil almışdır. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1%), Türkiyə (22,1%), Almaniya (12,4%), Kanada (7,2%), Niderland (5,2%) və Rusiya (3,8%) universitetlərində təhsil almışdırlar.

Yuxarıda qeyd olunan bu istiqamətlər üzrə ARDNF son dərəcə əhəmiyyətli tədbirlər həyata keçirmiş və bu sahədə əhəmiyyətli fəaliyyəti hazırda da davam etdirilir. Eyni zamanda ölkəmizin neft siyasəti kifayət qədər beynəlxalq təcrübələrə cavab verir. Beynəlxalq neft bazarı ümumilikdə azad bazara, rəqabətədavamlı və şəffaf struktura malikdir, kommersiya fəaliyyəti baxımından böyük kapital qoyuluşları tələb edir. Bu səbəbdən iri kapitallı özəl yaxud dövlət şirkətləri neft bazarında hasilat, saxlama, daşınma, emal və paylamaya qədər bazar siyasətini formalaşdıran əsas iştirakçılardır. ARDNF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına böyük töhvələr verdiyi göz önündədir və bir daha təsdiq edir ki, Azərbaycanda təbii sərvət-neftdən əldə edilən gəlirlər ölkənin makroiqtisadi inkişafına və maddi rifahının yüksəldilməsinə xidmət edir.

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1894   Tarix: 15 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya

12 sentyabr
.

Qarabağın yeni reallıqları diplomatik korpusun gözü ilə - Hikmət Hacıyevin müşayiəti ilə növbəti tarixi səfər

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri beynəlxalq diplomatik korpusun nümayəndələrinin diqqət mərkəzindədir. Sentyabrın 11-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət

12 sentyabr
.

Borcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır. Saxta müflisləşmənin cəzası nədir?. xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibka

13 sentyabr
.

"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ

13 sentyabr
.

Qarabağ həqiqətlərini dünyaya yerində göstərən diplomatik səfər - Yeni reallığın beynəlxalq təqdimatı

Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm təqdimat platformasına çevrilir.Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur

11 sentyabr
.

Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalınd

12 sentyabr
.

Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA

Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil. İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır. Bəs şəxsi brend formalaşdırarkə

11 sentyabr
.

Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video

Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər. "Qafqazinfo" xəbə

12 sentyabr
.

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA

İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs

12 sentyabr