Bakıda 24 yaşlı İzmirin qətli ilə bağlı HÖKM OXUNDU
Bakıda 24 yaşlı gənci öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1388 Tarix: 25 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz
13 sentyabrAzərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalınd
12 sentyabrBirinci sinfə qəbula gecikən valideynlərin nəzərinə: Son tarix açıqlandı
Sentyabrın 16-da saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi mümkün olacaq. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilir
12 sentyabr"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı
12 sentyabrAzərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
13 sentyabrDənizə getmək istəyənlərin nəzərinə!
Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, çimərliklərdə cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərind
12 sentyabr