Daha bir abidə bərpa edildi

Daha bir abidə bərpa edildi"Abidələrə qayğı – Bakı şəhərində heykəltəraşlıq əsərlərinin təmizlənməsi və bərpası" layihəsi çərçivəsində növbəti bərpa-təmizləmə işləri Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılmış heykəlin üzərində aparılıb.

Axşam.az xəbər verir ki, heykəl 2019-cu ildə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ucaldılıb. Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Layihənin icrası Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri - Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir.

Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib.

Təbiətin, aqressiv mühitin yaratdığı müxtəlif rəng dəyişmələri, korroziyaların aradan qaldırılması və heykəlin ilkin vəziyyətinə qaytarılması üçün onun təmizlənmə prosesi başlanıb.

Heykəl yad təsirlərdən, çirklərdən təmizlənərək ilkin vəziyyətinə qaytarılır və sonrakı mərhələdə qaydalara uyğun olaraq, tonlama prosesi başlanılır. Bundan sonra heykəlin yad təsirlərdən uzun müddət qorunması məqsədilə ona qoruyucu qat çəkiləcək.

Heykəllərin unikallığının qorunması və təhlükəsizliyinin təmin olunması məqsədilə peşəkar heykəltaraşların nəzarəti ilə texniki heyət tərəfindən görülən işlər bütün standartlara uyğun və keyfiyyətlə həyata keçirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1025   Tarix: 25 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazir şöbə müdiri təyin etdi

Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita

12 sentyabr
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11 sentyabr
.

Qarabağda yeni reallıq: Azərbaycan diplomatik korpusa cavabı sözlə yox, faktlarla verir

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur siyasətində daha bir mühüm diplomatik mərhələ başlayıb. Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomati

12 sentyabr
.

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA

İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs

12 sentyabr
.

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz

13 sentyabr
.

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı

12 sentyabr
.

"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ

13 sentyabr
.

Sosial müavinətlərlə bağlı AÇIQLAMA

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər

13 sentyabr
.

Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR

"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri

13 sentyabr