Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA
İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"ya bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyulun 25-i saat 18:00-da Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 35 yaşlı şəxs (kişi cinsli) qapalı kəllə-beyin travması, sağ ayağın əzilməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".
12:36
İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi "Opel" markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.
Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan "Changan" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.
12:00
Avtoqəza zamanı ağır xəsarət almaqdan son anda xilas olan "Madteen" ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadənin meneceri sözügedən hadisədən danışıb.
Bu barədə Oxu.Az-a açıqlama verən Kənan Cəfərov bildirib ki, müğənninin səhhətində problem olmasa da hadisənin təsirindən çıxa bilmir:
"Hazırda vəziyyəti yaxşıdır, amma hadisənin təsirindən hələ çıxa bilməyib. Avtoyuma məntəqəsinin əməkdaşı isə ciddi xəsarətlər alıb. Başından və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır".
10:13
Bakıda yol qəzası olub.
"Qafqazinfo" xəbər verir ki, taksi xidməti göstərən avtomobil idarəetməni itirərək başqa bir maşına dəyib.
Avtomobilin arxasında dayanan şəxs qaça bilməyib və maşın ona çırpılıb. Yaxınlıqdakı şəxs isə özünü kənara atıb, ciddi xəsarət almaqdan qurtulub. Daha sonra məlum olub ki, o, "Madteen" ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadədir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4547 Tarix: 26 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021