Azərbaycanda bəzi universitetlərdə illik təhsil haqqı artırılıb
Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra ixtisas seçimi başlayacaq. Ötən illə müqayisədə 2024/2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb. Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Bunun 28 minə yaxını dövlət sifarişli olacaq.
Beləliklə, yeni tədris ilində 30 mindən çox abituriyentin ödənişli əsaslarla təhsil alacağı gözlənilir. Universitetlərlə maraqlanan bəzi abituriyentlər illik təhsil haqlarının artırıldığını deyirlər.
Modern.az məsələni dəqiqləşdirmək üçün universitetlər arasında sorğu keçirib.
Bakı Dövlət Universitetindən verilən məlumata görə, ödənişli əsaslarla oxuyacaq tələbələrin təhsil haqlarında dəyişiklik yoxdur.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) təhsil haqlarında artım olacağı bildirilib. Ali təhsil müəssisəsi artımın məbləğini açıqlamayıb.
Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, bir sıra ixtisasların illik təhsil haqlarında artım olacaq:
"Misal olaraq ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı 2500 manatdan 2700 manata qaldırılıb".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd olunub ki, təhsil haqqı ötən il ilə müqayisədə dəyişməyib, bakalavrda 1950 AZN, magistraturada 1800-2000 AZN arasıdır.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bu il təhsil haqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb. İllik təhsil haqqı 2000-2500 manat arasında dəyişir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin illik təhsil haqlarında da dəyişiklik yoxdur. Təhsil haqları bakalavr pilləsində 2000-2500, magistr pilləsində 2500-3000 manat arasında dəyişir.
Xəzər Universiteti də illik ödənişlərdə artım olmadığını, məbləğin 4000-5000 manat arasında dəyişdiyini bildirib.
Azərbaycan Texniki Universitetindən qeyd edilib ki, illik təhsil haqlarında dəyişiklik nəzərdə tutulmayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində isə təhsil haqları artırılıb. Məlumata görə, bütün ixtisaslar üzrə 2000 manat olan illik təhsil haqları 2300 manata qaldırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1848 Tarix: 26 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT
Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov -a açıqlama verib:. Qazilər və müharibə veteranlarına sosial dəstəyi
13 sentyabrNazir şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita
12 sentyabrOktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, oktyabr ayında qeyri-iş günü nəzərdə tutulmayıb. -ın məlumatına görə, beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali oktyabr ayında yalnız həftəsonlar
13 sentyabrPensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs
12 sentyabrBakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz
13 sentyabrAzərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,
13 sentyabrGürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya
12 sentyabr