Psixoloji durumu Ağadadaş Ağayevə toylarda oxumağa imkan vermir? - Vəkili DANIŞDI

Psixoloji durumu Ağadadaş Ağayevə toylarda oxumağa imkan vermir? - Vəkili DANIŞDIXalq artisti Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə müvəkkilinin "MedEra" hospitalına baltalı hücumu ilə bağlı bütün suallara aydınlıq gətirib.

Vəkil Ağadadaş Ağayevin insident zamanı xəsarət yetirilən "MedEra" hospitalının işçisi Nəzakət Paşayevadan üzr istəyib-istəməyəcəyindən danışıb, ümumiyyətlə barışıq təşəbbüsü haqda fikirlərini açıqlayıb. Bildirib ki, hazırda istintaq gedir, əllərində hadisənin digər videoları da var və onları yaymaq fikrindədirlər.

Vəkil Şəfa Camalzadə Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayev xuliqanlıq maddəsi ilə verilmiş ittihamı qəbul etmir.

Həmin müsahibəni təqdim edirik:

- Yayılmış video həmin hadisədən sadəcə bir fraqmentdir. Ora qədər və sonra baş verənlərin də videosu var.

- Həmin videolar ictimaiyyətdən niyə gizlədilib?

- Bu məsələ çox ictimailəşdiyindən və istintaq davam etdiyindən nə etsək, istintaqa təsir kimi qiymətləndirilə bilər. Həmin videolar istintaqdan sonra təqdim ediləcək.

- İnsidentdən sonra Ağadadaş Ağayevin həmkarınızla bərabər yayılmış fotosundan belə anlaşılır ki, qolunda xəsarət var. Qolu sınıbmı, yoxsa çat və ya əzik var?

- Bu haqda deyə bilməyəcəyəm, qolunda ağrılar var.

- İnsidentdən sonra belə xəbər yayıldı ki, Ağadadaş Ağayevin onkoloji xəstəliyindən psixoloji gərginliyi var. Bu, həqiqətən belədirmi?

- Bəli. Ağadadaş Ağayev ağır əməliyyatlar keçirib dəfələrlə.

- Əməliyyatlar bu hadisə ərəfəsində olub?

- Əməliyyat əvvəl olub. Belə xəstələr davamlı dərmanlar içirlər. Dərman qəbulunu bir qədər gecikdirən kimi, bir qədər yuxusuz qalan kimi dərmanların təsiri ilə güclü həyəcan vəziyyəti baş verir. Adam qulağından əməliyyatdan sonra səhərə qədər yatmayıb. Ağrıkəsicinin təsiri keçən kimi mühafizəçini çağırıb, xahiş edib ki, onun evinə bir tibb bacısı göndərilsin. Çünki həmin klinikada əməliyyat olub.

- İnsident əsəbi halda deyilən sözə görə baş verib?

- Başlanğıcda hər hansı bir əsəbi hal yoxdur. Ağadadaş Ağayev evinin eyvanından 2-3 dəfə çağırıb ki, gəlib ona yardım göstərilsin. Küçədəki kameralara orada baş verənlər düşüb. Səs düşməsə də, hərəkətlərdən çox şeyi ayırd etmək olur. Hər tərəfdən çəkilmiş videolar var. Hazırda istintaq bu videoları paylaşmağa icazə vermir.

- Ağadadaş Ağayevin ilkin açıqlamalarında belə anlaşılırdı ki, ortada bir barışıq niyyəti var. Hazırda həmin niyyət qalırmı?

- Həmin gün olub. İnsana ağrıların təsiri altında qəribə bir güc gəlir. Adamın həm qulağındakı xəstəliyi, həm də onkoloji xəstəliyi ilə bağlı ağrıları olub. Onun hazırda gözündə də ağrılar var. Hadisə günü hesab edib ki, bu, adi bir hadisədir.

- Hadisədən sonra Ağadadaş Ağayevin sağlıq durumu nə yerdədir?

- Özünü tox tutmağa çalışır. Qolu, bədəni, başı, gözü əzilib.

- Hadisə zamanı Ağadadaş Ağayevin atdığı balta "MedEra" hospitalının əməkdaşı Nəzakət Paşayevanın ayağına dəyərək zədələyib. Qadın hadisədən sonra müsahibə verdi və dedi ki, Ağadadaş Ağayevdən şikayətçi olmayacaq. Bəs Ağadadaş Ağayevin həmin qadından üzr istəmək niyyəti varmı?

- Bu, baş verməməsi gərəkən bir hadisə idi. Ortada cinayət işi var və indiki halda Ağadadaş Ağayevin Nəzakət Paşayeva ilə danışması qanunla yol verilmir.

- Nəzakət Paşayevanın hadisəyə birbaşa aidiyyəti yoxdur. Ağadadaş Ağayevin Nurəddin Cəlilova atdığı balta təsadüfən Nəzakət Paşayevanın ayağına çırpılıb və xanım xəsarət alıb. Buna görə ondan üzrxahlıq edilməsi doğru olmazmı?

- Qadın xəsarət alıbsa, özü barışıq istəyirsə, sağ olsun, əlbəttə ki, bu, minnətdarlıqla qarşılanmalı bir hadisədir.

- Bu mövzuda Ağadadaş Ağayevlə söhbətiniz oldumu?

- Ağadadaş Ağayevlə söhbətimiz oldu. Dedi ki, hadisənin təsiri altında orada kimisə görmədim. Əlbəttə ki, görünməzə, bilinməzə bir kimsəyə xəsarət yetirilibsə, ciddi üzr istənilməli, təəssüf edilməli məqamdır. Ortada qəsd deyilən bir şey də yoxdur.

- Ağadadaş Ağayevin Nəzakət Paşayevadan üzr istəmək fikri varmı?

- Real olaraq ortaya bir şey qoyan olmayıb ki, belə bir hadisə baş verib və bu adam belə bir xəsarət alıb. Və bundan çıxış edərək kiməsə deyilsin ki, məni bağışla, sənlik bir şey yox idi. Sadəcə hadisə o qədər nəzarətdən çıxıb ki, həmin vaxt situasiyanı idarə etmək çətin olub. Ağadadaş müəllim də mətbuatdan oxuyub ki, orada xanıma xəsarət yetirilib. Çox təəssüfdoğurucu bir durumdur. Hazırda Ağadadaş müəllimin sağlıq durumu yaxşı deyil. Hər halda bu məsələ də digər situasiyalar kimi araşdırılacaq, üzə çıxacaq.

- Ağadadaş Ağayevin digər vəkili Asim Abbasovun mətbuata açıqlamasında mühafizəçi Nurəddin Cəlilovun əvvəllər məhkum olunması vurğulanırdı.

- Bəli, Asim müəllim bu məsələni üzə çıxarıb.

- Sizcə, Nurəddin Cəlilovun əvvəllər məhkum olunması ona balta tullamağa əsas verirmi?

- Asim Abbasov belə söz deməyib.

- Sadəcə təqdimat belə idi ki, qarşı tərəf əvvəllər məhkum olunub. Yəni məsələyə aidiyyəti olmadığı halda şəxsin əvvəllər məhkum olunması xüsusi qabardılırdı. Belə fikir formalaşırdı ki, sanki əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir.

- Bu fikirlə razı deyiləm və Ağadadaş müəllim də o fikirdə deyil ki, əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir, ona hansısa hücum olmalıdır. Bu hadisədə qəsd olmayıb.

- Ağadadaş Ağayevin bu hadisədən əvvəl mühafizəçi Nurəddin Cəlilovla hər hansı bir mübahisəsi, söz davası olubmu?

- Qətiyyən belə bir şey olmayıb. Sadəcə Ağadadaş müəllim onun mühafizəçi olduğunu bildiyi üçün ona müraciət edib ki, tibb bacısı çağırsın.

- Ağadadaş Ağayevin onkoloji xəstə olduğunu və psixoloji durumu da buna görə ağırdır.

- Belə deməyək, psixoloji durumunun ağır olduğunu deməyək. Onkoloji xəstədir.

- Bu hadisədən sonra Ağadadaş Ağayevin toylara getməsi doğrudurmu? O baxımdan ki, xəstəliyi ilə bağlı psixoloji durumunda gərginləşmə baş verər və əlinə balta və ya bıçaq keçər.

- Ağadadaş Ağayev 50 ildir ki, səhnədədir. 50 ildir ki, bu adamın aqressiv bir hərəkəti, davranışı olmayıb. Bunun kimsə şahidi olmayıb. Toylarda onunla birgə iştirak edən sənət yoldaşları da deyirlər ki, bu adam yumşaq bir adamdır.

- Ağadadaş Ağayevin xəstəliyi 50 il davam etmir ki... 3-5 ildir ki, baş qaldırıb.

- Ümumiyyətlə, o fikri Asim müəllim həmin insident anı üçün ifadə edib. Ağadadaş Ağayev gecə saat 3-də klinikadan çıxıb. Qulağındakı əməliyyat o saata qədər davam edib. Gecə heç yatmayıb, ağrı da dözülməz olub. Səhərə qədər yatmayıb, 70-ə yaxın yaşı var. Kimsə demir ki, orada düz olub və ya səhv olub. Biz sadəcə situasiyanı şərh etməyə çalışırıq.

- Ağadadaş Ağayevlə Nurəddin Cəlilovun üzləşməsi keçirilibmi?

- Ümumi deyə bilərəm ki, istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1300   Tarix: 26 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021