Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının 29-cu Konfransı (COP-29), dünyanın hər yerindən siyasətçiləri, elmi mütəxəssisləri və aktivistləri bir araya gətirən əhəmiyyətli bir tədbirdir. Bu tədbir zamanı iqlim dəyişikliyi ilə mübarizə, qlobal istiləşmənin təsirləri və ekoloji problemlərin həlli yolları müzakirə olunur. Belə beynəlxalq tədbirlərin keçirilməsi iştirakçı ölkələr üçün həm böyük məsuliyyət, həm də müəyyən risklər doğurur.
Bəs COP-29 ərəfəsində Bakıda hər hansı məhdudiyyətlər tətbiq oluna bilərmi?
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı danışan İctimai Şuranın sədri, "Konstitusiya" Araşdırmalar fondunun rəhbəri Əliməmməd Nuriyev News24.az-a açıqlamasında bildirib ki, həmin dövürdə bir sıra mahdudiyyətlər qoyula bilər:
"Konstitusiyada müəyyən edilmişdir ki, hansı hallarda məhdudiyyətlər qoyula bilər. Bunlar hamısı cənab prezidentin fərmanı ilə qəbul ediləcək qərarlardır. Amma şəhərin mərkəzinə girişlə bağlı bəzi məhdudiyyətlər ola bilər və ya COP-29-un keçirildiyi ərazilərə minik avtomobillərinin girişi qadağan oluna bilər. Bu normal bir prosedurdur və dünyanın hər bir ölkəsində belə mötəbər tədbirlər keçirilidiyi zaman tətbiq olunur".
Ə. Nuriyev qeyd edib ki, COP-29 olduqca mötəbər bir tədbirdir, bu tədbir zamanı Azərbaycana dünyanın müxtəlif ölkələrindən bir çox hökumət və dövlət başçıları gələcək. Onun sözlərinə görə, məhdudiyyət tədbirlərinin olması normal bir hadisədir:
"İctimai yerlərdə bir sıra məhdudlaşdırıcı tədbirlərin görülməsi həm sıxlığın yaranmaması, həm də tədbirin daha effektiv keçirilməsi üçün lazımidir. Başqa hər hansısa formada qadağanedici tədbirlərin həyata keçirilməsi mümkün deyil. Qanunvericilik bunu müəyyən etməmişdir. İstənilən ölkədə bu həyata keçirilir. Dünən parisdə Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirildi və orada müəyyən küçələrə girişlə bağlı məhdudiyyətlər var idi. Bu normal bir haldır. Təhlükəsizlik tədbirləri həyata keçirilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3484 Tarix: 28 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr