TKTA ilə "Mario Russo" brend arasında Anlaşma Memorandumu imzalanıb
26 iyul 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və "Russo Group" MMC-nin təsisçisi və direktoru Ruslan Məmmədov arasında qeyri-formal və informal təhsilin tanınması və qiymətləndirilməsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Görüş zamanı tərəflər arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub, qeyri-formal və informal təhsilin tanınmasının əmək bazarının tələbələrinə uyğun ixtisaslı kadrların hazırlanmasında və özəl sektorun inkişafında önəmliliyi vurğulanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər müvafiq sahədə fəaliyyət göstərən şəxslərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınması istiqamətində birgə tədbirlər və layihələr həyata keçirəcək. Eləcə də, sözügedən müəssisənin sahə üzrə mütəxəssisləri Qiymətləndirmə Komissiyasına ekspert qismində cəlb olunacaqdır.
Qurulan əməkdaşlığın əsas məqsədi sözügedən fəaliyyət istiqaməti üzrə əmək bazarından ixtisaslı kadrların prosesə cəlb edilməsi, imtahan prosesində təşkilati dəstək göstərilməsi və dövlət – özəl tərəfdaşlığının gücləndirilməsidir.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək, onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək vermək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsini həyata keçirir. Bu missiyanın həyata keçirilməsi üçün Agentlik müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.
#mariorusso #tkta #tehsilnazirliyi










Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 628 Tarix: 29 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr