Haniyənin oğlu: "Atam dörd sui-qəsd cəhdinə məruz qaldı, lakin hamısından sağ çıxdı"
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra ailə üzvləri danışıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə onlar sosial şəbəkə hesablarında paylaşım ediblər.
HƏMAS liderinin oğlu Abdel Salam Haniyə atası ilə qürur duyduğunu bildirib.
"Atamın qanı ən balaca fələstinli uşağın qanından daha dəyərli deyil. Onunla qürur duyuruq və başımız dikdir", - deyə o özünün "X" hesabında yazıb.
Abdel Salam Haniyə atasına dəfələrlə sui-qəsd cəhdi olduğunu vurğulayıb.
"Atam milli mübarizəsi boyunca dörd sui-qəsd cəhdinə məruz qaldı, lakin hamısından sağ çıxdı. Allah onu bu gün həmişə arzuladığı şəhadətə çatdırdı", - deyə o qeyd edib.
Haniyənin gəlini də başsağlığı verib.
"İlahi qədərə razı olan qəlblərimizlə təriflənməyə ehtiyacı olmayan bir adamın şəhadətinə başsağlığı diləyirik. Bir ata kimi idi, gözümüzün nuru idi. Haniyə saf qanlara qatıldı. O böyük bir komandan və qəhrəman idi. Allahın rizası xaricində heç bir şeyi ifadə etmirik. Allah bu müsibətdə səbir göstərməyimizi nəsib etsin. Bu dünya fanidir və Allahın izni ilə görüşməmiz cənnətdə olacaqdır. Əlvida millətin lideri!"
Qeyd edək ki, İ.Haniyənin özü də bir neçə ay əvvəl Qətərin paytaxtı Dohada olduğu zaman ailə üzvlərinin (3 oğlu 3 nəvəsi) İsrail hücumunda öldüyü xəbərini alanda eyni münasibəti göstərib:
"Ailəmizdən 60-a yaxın şəhidimizi bu mübarək mübarizəyə qurban verdik. Ailəmin 60-a yaxın fərdi şəhid oldu. Fələstin xalqının bütün şəhidləri ilə onlar arasında heç bir fərq yoxdur", - deyə o bildirmişdi.
Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda iqamətgahına raket hücumu nəticəsində öldürülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 854 Tarix: 31 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr