YAP-ın Qubadan deputatlığa namizədinin 10 milyon borcu var? - Foto
Ötən həftənin sonu VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdüyünü açıqladı.
O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb: "Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər".
Tribunainfo.az dəqiqləşdirib ki, həmin dairədən YAP-ın namizədi Məhərrəmzadə Əlibala Səttar oğludur.
Qubada anadan olmuş Ə. Məhərrəmzadə 2010-cu ildə Nərimanov rayonundan namizəd olub. O, yazıçı və ixtisasca auditordur.
Sərbəst auditor olan Əlibala Məhərrəmzadə hazırda "Kaspian Audit Kompani" MMC-nin direktorudur.
Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Bu mövzuda gununsesi.info yazıb ki, rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı "Şahdağ Turuskavets" Sanatoriyasının sahibidir: "Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb. Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var". Özü deyiblər təkzib edib və bildirib ki, deputat olarsa, biznes fəaliyyətini dayandıracaq.
Əlibala Məhərrəmzadə əslən Qubadan olsa da, rayonla sıx əlaqəsi yoxdur. O, hətta YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Məhərrəmzadənin YAP-ın Quba təşkilatının heç bir toplantısına qatılmadığı deyilir. Bu üzdən də qubalı YAP-çılar onun namizədliyinə soyuq yanaşırlar. Onun müsahibəsini işıqlandırmağa hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1044 Tarix: 31 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr