Erməni minasına düşdü, 23 yaşında ayağını itirdi, magistraturaya qəbul olundu - VİDEO
Yəqinki bir çoxlarımız Həsənəlini tanıyırıq. O Bakı Dövlət Universitetini yüksək balla bitirib. Daha sonra Tərtərdə erməni terrorunun qurbanı olub. Hal-hazırda minaya düşdükdən sonra o, Xəzər Universitetində magistr pilləsinə daxil olub.
Sonxeber.az xəbər verir ki, Həsənəli Əlizadə Astar TV-nin suallarını cavablandırıb:
"Bizim rayonumuz Tərtərin təmas xəttində yerləşir. Orada həyətyanı sahədə hərəkət edərkən ermənilər tərəfindən quraşdırılmış piyada əleyhinə minaya düşdüm. Mən minaya düşdükdən sonra təcili tibbi yardım maşını ilə Tərtər rayonu Mərkəzi Xəstəxanasına çatdırdılar. Orada ilkin tibbi yardım göstərildikdən sonra, mən Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirildim. Mənim sol ayağımın aşağı üçdə biri amputasiya edilib. Çox çətin idi. Gözünü açırsan, cavansan və 23 yaşın var. Görürsən ki, ayağın amputasiya olunub. Heç nəyin əvvəlki kimi olmadığını düşünürsən. İlk əvvəllər bunu qəbul etmək çox çətin idi. Amma zaman keçdikcə başa gələn hadisələr insanı çox möhkəmləndirir. Mənim bunu yavaş-yavaş qəbul etməyə çalışdım. Bu zaman mənim yaxınlarımın, dostlarımın və ailə üzvlərimin böyük yardımı oldu. Onlar sayəsində həyata beş əlli bağlandım".
Onun sözlərinə görə, elə insanlar var ki, ailə quranda, əsgərlikdən qayıdanda yaxud bir işə girdikdən sonra böyüdüyünü hiss edir:
"Amma mən həmin hadisədən sonra böyüdüyümü hiss etdim. Yəni bəlkə də həyata ikinci dəfə gəldim. Allah bu şansı mənə ikinci dəfə verdi. Mənim doğum günüm yanvarın 31-dir. Amma mən özümə söz vermişəm ki, bundan sonra doğum günümü fevralın 4-ü olaraq qeyd edəcəm".
Ətraflı olaraq Həsənəli Əlizadənin hadisə ilə bağlı fikirlərini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 599 Tarix: 01 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr