Gürcüstanda qalmaqallı qanun bu gündən qüvvəyə mindi
Bu gündən Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" Qanun qüvvəyə minib.
"Qafqazinfo" Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən qanun qeyri-hökumət təşkilatlarını və medianı xarici dövlətin maraqlarını qoruyan təşkilatlar kimi Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirməyə məcbur edir.
Gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün təşkilatlar üçün reyestrdə qeydiyyat məcburidir. Qanuna görə, qeydiyyatdan keçmiş ildə əldə edilən hər hansı pulun və əmlakın dəyərinin mənbəyi, məbləği və təyinatı haqqında məlumat daxil edilməlidir.
Parlamentin qəbul etdiyi "Xarici dövlətin maraqlarını qoruyan təşkilatın müəyyən edilməsi haqqında" qanun Ədliyyə Nazirliyinə istənilən vaxt bu məsələ ilə bağlı araşdırma aparmaq və araşdırma-monitorinq etmək səlahiyyəti verir.
"Xarici dövlətin maraqlarını qoruyan" təşkilat kimi qeydiyyatdan yayınma və ya bəyannamənin doldurulmaması 25 min lari məbləğində cərimə ilə nəticələnir.
Qeyri-hökumət sektorunun, medianın və müxalifətin tənqidlərinə baxmayaraq, mübahisəli qanun Gürcüstan parlamentinin əksəriyyəti tərəfindən qəbul edilib.
Əksər hüquqşünasların fikrincə, qanun Rusiya qanunvericiliyindən kopyalanıb.
"Gürcü arzusu" qanunu ləğv etməkdən imtina etdiyinə görə Aİ və ABŞ artıq Gürcüstanla münasibətlərə qismən yenidən baxıb: ölkəyə çoxmilyonluq yardım paketləri dayandırılıb, hərbi təlimlər ləğv edilib, müəyyən sanksiyalar tətbiq edilib.
Gürcüstan hökuməti isə qanunun məqsədinin ölkədə QHT-lərin qeyri-şəffaf maliyyələşməsinin qarşısını almaq məqsədi daşıdığını bəyan edir.
Xatırladaq ki, bu ilin mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" Qanunu üçüncü oxunuşda qəbul edib.
Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili isə iyunun 3-ü qanunu ölkə Prezidentinin əvəzinə özü imzalayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?