Deputatın qurduğu şirkət TƏBİB-ə 50 milyonluq dərman satacaq
TƏBİB-in tabeliyində fəaliyyət göstərən "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti olub.
"Yeniavaz.com" xəbər verir ki, TƏBİB "Avromed Company" QSC-yə "Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı" üçün inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınmasına görə 50 milyon 239 min 833 manat 40 qəpik ödəyəcək.
57 min manat nizamnamə kapitalı olan "Avromed Company" QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.
Şirkət 20 dekabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb.
Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan "Paşa Holdinq" ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir.
Mətbuatda "Avromed Company" QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir.
Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə "Avromed Company" QSC-nin baş direktoru olduğu göstərilir.
2020-ci ilin dekabr ayında "Avromed Company" QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək "Avromed"in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 863 Tarix: 01 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabr