İstedadlı musiqiçimizi siz də tanıyın - FOTOLAR
Elnur Misirli 2006-cı ildə Bakıda anadan olub. Nənəsi, anası və dayısı musiqiçi olduğu üçün, o uşaqlıqdan musiqi ilə əhatə olunmuşdu. Kiçik yaşlarından müntəzəm olaraq valideynləri ilə birlikdə Bakı Filarmoniyasında konsertlərə, teatrlara gedib.
2014-cü ildə Elnur ailəsi ilə birlikdə Almaniyaya köçdü və 2015-ci ilin payızından Herten şəhərinin musiqi məktəbində Saşa Şiferdən fleyta dərsləri almağa başladı.
Elnur müxtəlif musiqi üslublarına, o cümlədən klassik, müasir və şərq musiqisinə maraq göstərib. Emmanuel Pahud və Matvey Demin kimi musiqiçilər onu yaxşı musiqiçi olmağa ruhlandırıblar.
2017-ci ildə Elnur ilk dəfə Almaniyada keçirilən "Jugend Musiziert" müsabiqəsində müvəffəqiyyətlə iştirak edib və sonrakı illərdə də iştirakını uğurla davam etdirib. 2022-ci ildə Elnur Azərbaycan bəstəkarı Fikrət Əmirovun üç əsərini ifa edərək ilk dəfə bu müsabiqənin finalında Almaniya üzrə birinci yeri tutub. Və bir il sonra, 2023-cü ildə həmyaşıdı Tobias İvançik ilə birlikdə duet reytinqində 1-ci yeri qazanaraq, federal mükafata layiq görüldü. Elnur 2024-cü ildə Almaniyanın Lübek şəhərində "Jugend Musiziert" Federal Musiqi Müsabiqəsində solo ifa üzrə yenidən birinci yeri qazandı.
O, həmçinin dəfələrlə Şimali Reyn Vestfaliya üzrə müsabiqələrdə birinci yerləri qazanıb.
2023/2024 qış semestrindən Elnur Misirli istedadlı musiqiçilər üçün Münster Gənclər Akademiyasının gənc tələbəsi oldu. Professor Eyal Eyn-Habar ona əsas fənn üzrə dərs deyir, Risa Kobayaşi isə ona musiqi təlimini öyrədir. O, həmçinin Jens Hamer ilə musiqi nəzəriyyəsi və musiqi duyumu üzrə kurs keçir.
Elnur həm də 2022-ci ildən Şimali Reyn Vestfaliya Gənclər Nəfəs alətləri Simfonik Orkestrinin və bu kimi bir neçə orkestrin üzvüdür. O, əvvəllər Şimali Reyn Vestfaliya Uşaq Simfonik Orkestrində və 2019-cu ildə Reklinqhausen şəhərinin Gənclər Simfonik Orkestrində ifa edib. O, 2021-ci ildə həmçinin "Mondomuco" Ansamblında çıxış edib. Bundan əlavə, 2015-2022-ci illərdə Herten şəhərinin musiqi məktəbi nəznində "La Musica" kamera orkestrində və "Musica Arkadas" ansamblında iştirak edib.
Onun xüsusi çıxışlarından biri 2022-ci ildə Uşaq Simfonik Orkestrində (Şimali Reyn Vestfaliya) Essen Filarmoniyasında və 2023-cü ilin payızında Köln Filarmoniyasında Gənc Nəfəs Alətlərinin İfaçıları Orkestrində (Şimali Reyn Vestfaliya) solo ifaları olmuşdur.
Elnur mütəmadi olaraq böyük həvəslə müxtəlif seminarlarda və master-klasslarda iştirak edir. 17 yaşından o, Herten şəhərindəki Erich Klausener məktəbində fleyta müəllimi kimi çalışır.
Bundan əlavə o, yaxşı şahmat oyunçusudur. O, 5 yaşından etibarən Bakı Şahmat Məktəbində Gennadiy Gelmandan şahmat dərsləri alıb. Elnur Misirli peşəkar fleyta ifaçısı olmağa çalışır. O, musiqisi ilə başqalarını ruhlandırmaq və onlara sevinc bəxş etmək istəyir.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?