İranda həbsdə olan Fərid həkimin yazdığı dərmanları qəbul etmir - Anası DANIŞDI
İranda həbs edilən Fərid Səfərli özünə qapanıb, həkimin yazdığı dərmanları qəbul etməkdən imtina edir.
Bunu Fəridin anası Dilarə Əsgərova "Xəzər Xəbər"ə bildirib.
O, oğlunu 18 aydır ki, görə bilmədiyini söyləyib.
Dilarə Əsgərova deyib ki, Fərid İranda səfirliyimizin açılmağına çox sevinib, bu hal onda azadlığa çıxacağı ilə bağlı ümid yaradıb.
Fərid Səfərlinin anası oğlunun ayda bir dəfə ziyarət olunmasına şərait yaradılması üçün İrandakı Azərbaycan səfirliyinə də müraciət etdiyini bildirib.
Qeyd edək ki, casusluq ittihamı ilə həbs edilən Fərid Səfərliyə 2 il həbs cəzası verilib. 19 iyul 2023-cü il tarixində keçirilən məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1239 Tarix: 02 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabr