Azad olunan ərazilərdən xeyli silah-sursat aşkar edilib - RƏSMİ
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 27 iyul-2 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 60 avtomat silahı, 3 pulemyot, 21 tapança, 29 tüfəng, 125 qumbara, 1 qumbaraatan, 63 alışdırıcı, 48 mərmi, 91 süngü-bıçaq, 71 rabitə vasitəsi, 34 dron bombacığı, 190 partlayıcı, 9 trotil, 17 şaşka, 34 detonator, 27 gecəgörmə cihazı, 2 dron, 2 mina, 2 partlayıcı maddə, 2 kiloqram partlayıcı, 126 kiloqram barıt, 11 fişəng, 1 stasionar radiostansiya, 3 "MUV" partladıcısı, 1 səsgücləndirici, 1 səsboğucu, 1 müşahidə kamerası, 611 patron darağı, 75532 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 2 ədəd qumbara, Şuşa rayonu ərazisindən 1 avtomat silahı, 7 ədəd qumbara, Xocavənd rayonu ərazisindən 6 avtomat silahı, 3 tüfəng, 36 qumbara, 6 pulemyot, 1 gecəgörmə cihazı, 1 nişangah, 5 süngü-bıçaq, 12 "UZRQM", 25 patron darağı və 1175 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 527 Tarix: 03 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)
Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin
12 sentyabrBakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz
13 sentyabrPensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs
12 sentyabrOktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, oktyabr ayında qeyri-iş günü nəzərdə tutulmayıb. -ın məlumatına görə, beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali oktyabr ayında yalnız həftəsonlar
13 sentyabrAzərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yən
12 sentyabr