Həbs edilmiş bankir 13 ay sonra azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilmiş "Muğanbank"ın vəzifəli şəxsinin məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, bankın "Paytaxt" və "Universal" filiallarının müdiri, eləcə də bir sıra digər yüksək vəzifələr tutmuş İdris Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 179.3.2, 308 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Bildirilib ki, İ.Məmmədov 2007-2023-cü illərdə bankda yüksək vəzifələrdə çalışıb. Ötən ilin iyun ayında o işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlum olub ki, İdris Məmmədov sənədlərin saxtalaşdırılması və digər yollarla banka məxsus yüzminlərlə pul vəsaitini mənimsəyərək ələ keçirib.
O, 4 iyul 2023-cü il tarixdə həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə İ.Məmmədovun törətdiyi əməllərlə bağlı cinayət məsuliyyətinə cəlbetmə vaxtı keçdiyinə görə ona mənimsəmə faktları üzrə cəza təyin edilməyib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. 13 ay həbsdə saxlanılan bankir məhkəmə zalından azadlığa buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 801 Tarix: 03 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabr