Kərə yağının qiymətində kəskin artım: Səbəb nədir? - ARAŞDIRMA

Kərə yağının qiymətində kəskin artım: Səbəb nədir? - ARAŞDIRMAÖlkəmizdə satılan kərə yağlarının qiyməti artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının bir kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.

Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Kərə yağının bahalaşmasına səbəb nədir?

"Kaspi" qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.

İdxaldan asılılıq

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov kərə yağının qiymətinin artmasını dünyada baş verən proseslərlə əlaqələndirib:

"Kərə yağının bahalaşması idxal olunan yağların və yağ xammalının dünya bazarında qiymətlərinin artması ilə bağlıdır. Ümumiyyətlə, dünyada kərə yağlarının istehsalında azalma müşahidə olunur. Bu azalma iqlim dəyişiklikləri və dünya iqtisadiyyatında yaşanan çətinliklərlə bağlıdır. İdxal olunan malların qiymətləri dünya bazarlarındakı qiymətlərdən asılıdır".

Qiymətləri bazar müəyyənləşdirir

A.Badamov bildirib ki, yerli istehsalı inkişaf etdirmək lazımdır:

"Ölkəmizdə kərə yağının istehsalı isə aşağı həddədir. Çünki maldarlıq təsərrüfatlarımız kifayət qədər inkişaf etməyib. Bu baxımdan, dövlətin qarşısında dayanan vəzifələrdən biri də ölkədaxili tələbatın ödənilməsində idxaldan asılılığı minimuma endirməkdir. Kərə yağı və digər kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmaması üçün mütləq şəkildə daxili istehsalımızı artıra biləcək addımların atılması vacibdir. Unutmayaq ki, bazar iqtisadiyyatıdır. Qiymətləri dövlət yox, bazar müəyyənləşdirir. Dövlət kərə yağının qiymətinin artmasına və ya azalmasına təsir göstərə bilməz".

İşğaldan azad olunmuş ərazilər bizi xilas edəcək

Deputat perspektivdə gözləntilərin pozitiv olduğunu bildirib:

"Çünki işğaldan azad olunmuş ərazilərdə yeni aqroparklar salınır. Bu da yeni ətlik və südlük təsərrüfatların inkişaf etdirilməsinə imkan yaradacaq. Əgər biz işğaldan azad olunmuş əraziləri konsolidasiya olunmuş təsərrüfatların yaradılmasına yönəltsək və bu təsərrüfatların qarşısında maldarlığın inkişaf etdirilməsi kimi bir tələb qoyularsa, daxili bazarda məhsul bolluğu yaranacaq. Məhsul bolluğunun yaranması da qiymətlərin formalaşmasına təsir göstərir. Çıxış yolu maldarlıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün dövlət dəstəyini genişləndirməklə fermerləri stimullaşdırmaqdan ibarətdir".

"Marketlər qiyməti qaldırır"

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə keyfiyyətli kərə yağınının qiymətinin yüksək olmalı olduğunu düşünür:

"Normal kərə yağı əldə etmək üçün 20 litr orta yağlılıq dərəcəsi olan süd lazımdır. Əslində kərə yağının qiyməti 19-20 manat olmalıdır. Azərbaycan bazarı dünya bazarından asılıdır. Amma qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər. Bazarımızda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur, lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin".

İdxalı artırmalıyıq

E.Hüseynovun fikrincə, kərə yağı idxal etdiyimiz ölkələrin sayını artırsaq, qiymətləri tənzimləmək mümkün olacaq:

"Yeni Zelandiyada Azərbaycana yağ göndərən zavodda, onlara süd verən təsərrüfatlarda oldum. Məlum oldu ki, orada heyvanlar daim otlaqlarda olurlar. Bu səbəbdən onlarda yağ daha ucuz başa gəlir. Həmçinin, Azərbaycana Almaniyadan da yağ göndərilir. Niderland, Peru kimi kənd təsərrüfatı inkişaf etmiş ölkələr mövcuddur. Azad bazar şəraitinin bütün imkanlarından istifadə etmək lazımdır ki, daha çox xarici ölkələrdən yağ idxal olunsun. Belə olarsa, yağın qiymətində azalma baş verə bilər".

Yerli kərə yağı istehsalında sahibkarlığın inkişafının qayğısına qalmalıyıq

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, daxili xammalla yerli kərə yağı istehsal edə bilmirik:

"Qiymət fərqliliyini ortaya çıxaran məhz idxal faktorudur. Yerli istehsalda da xammal idxal hesabına təmin olunur. Sırf daxili xammal hesabına kərə yağı istehsalı mümkün deyil. Dünyada xammalın da qiymətində artım müşahidə edilir. Ona görə yerli istehsal məhsullarının da qiyməti qalxıb. Heyvandarlığı inkişaf etdirməliyik. Xüsusən süd və yağ istehsalı istiqamətlərinin inkişafına önəm verməliyik. Ölkədə yerli kərə yağı istehsalı sahəsində sahibkarlığın inkişafının qayğısına qalmalı, bu istiqamətə xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə heyvandarlıq sahəsində təkcə kərə yağında deyil, digər məhsullarda da idxaldan asılı olacağıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 906   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA

Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil. İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır. Bəs şəxsi brend formalaşdırarkə

11 sentyabr
.

Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)

Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin

12 sentyabr
.

Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya

12 sentyabr
.

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yən

12 sentyabr
.

Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov -a açıqlama verib:. Qazilər və müharibə veteranlarına sosial dəstəyi

13 sentyabr
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11 sentyabr
.

Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR

"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri

13 sentyabr
.

Qarabağ həqiqətlərini dünyaya yerində göstərən diplomatik səfər - Yeni reallığın beynəlxalq təqdimatı

Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm təqdimat platformasına çevrilir.Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur

11 sentyabr
.

Sosial müavinətlərlə bağlı AÇIQLAMA

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər

13 sentyabr