Zəngəzur dəhlizi düyünü çözülür

Zəngəzur dəhlizi düyünü çözülürAzərbaycan və Ermənistan arasında sülh danışıqlarında müşahidə edilən dinamika yenidən diqqəti iki ölkə arasında kommunikasiya əlaqələrinin bərpasına yönəldib. Beynəlxalq aləmdə yaşanan kataklizmlərin dünya ticarət yollarını ciddi şəkildə təhdid etməsinin fonunda Zəngəzur dəhlizinin əhəmiyyəti getdikcə artmaqdadır. Bu dəhlizin açılması bir-biriləri ilə ciddi fikir ayrılıqlarına baxmayaraq, hazırda əks qütbdə qərarlaşan güc mərkəzlərinin də maraqlarına cavab verir. Bu məsələdə İrəvan və Bakının baxışları fərqli olsa da, ümumi məqsədin hər kəsin xeyrinə olacağı şəksizdir. Lakin ümumi məqsədə aparan yolların uzlaşdırılması ciddi fikir ayrılıqları ilə müşahidə olunur. Təbii ki, bu amil bölgədə maraqlı olan qüvvələrin geosiyasi planlarının toqquşması fonunda vəziyyəti daha da qəlizləşdirir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Bakının dəqiq və aydın mövqeyi

Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyi aydın və dəqiqdir. Azərbaycan dəfələrlə bu məsələ ilə bağlı gözləntilərini ən ali səviyyədə açıqlayıb. Əgər İrəvan kommunikasiyaların bərpasını istəyirsə, o zaman Naxçıvan Muxtar Respublikası ilə dəmiryolu və avtomobil yolunun bərpasına Azərbaycanın müəyyənləşdirdiyi ən qısa məsafədə razılaşmalıdır. Bu yola nəzarət isə təhlükəsizlik baxımından üçüncü tərəfə həvalə edilməlidir. Ermənistan bunu "suveren hüquqlarının pozulması" kimi təqdim etməyə çalışsa da, dünyada Azərbaycanın təklif etdiyi modelin analoqları artıq uzun illərdir ki, uğurla fəaliyyət göstərir.

Maraqların toqquşduğu məqam

Böyük güclərin maraqlarının toqquşduğu əsas məqam da Zəngəzur dəhlizinin Ermənistan üzərindən keçəcək hissəsinə nəzarətin kimin əlində olacağı ilə bağlıdır.

Təbii ki, əvvəlki planda dəhlizə nəzarətin Rusiyanın müvafiq qurumlarının əlində olacağı razılaşdırılmışdı. Lakin Ukrayna ilə müharibənin başlaması Qərbin Cənubi Qafqazda da Moskvanın mövqelərini zəiflətmək planlarını işə saldı. Nəticədə Ermənistan kuratorlarının tapşırığına əsasən, bu razılaşmaları gözardı edərək hər zaman olduğu kimi yenidən ikili oyun quraraq prosesi dalana dirədi. İndi isə ikitərəfli danışıqlarda əldə edilən irəliləyişlər fonunda biz Qərb diplomatlarının yenidən Zəngəzur dəhlizinə dair açıqlamalarını müşahidə etməkdəyik.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Brayn Senatın Xarici əlaqələr komitəsində çıxışı zamanı bildirib ki, Vaşinqton Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın apardıqları sülh prosesini güclü şəkildə dəstəkləyir. O bildirib ki, tərəflərin sülh istəyi sülh sazişi ilə nəticələnə bilər. "Bu, niyə vacibdir? Xəritəyə baxanda görürük ki, Mərkəzi Asiya inanılmaz dərəcədə zəngindir, lakin onların qlobal bazara çıxışı yalnız Rusiya və Çin vasitəsilə mümkündür. Əgər biz Azərbaycan və Ermənistandan keçən yolun açılmasına nail olsaq, onların qlobal bazara çıxışı olar, Rusiya və Çindən asılılıqları azalar", - deyə Ceyms O"Brayn əlavə edib.

Göründüyü kimi, Vaşinqtonun marağı Cənubi Qafqaz və Mərkəzi Asiyada ənənəvi rəqibləri Çin və Rusiyaya qarşıdır. Vaşinqton hər vasitə ilə Zəngəzur dəhlizinə nəzarətin bu iki ölkənin əlində olmamasına çalışır.

İranın "qırmızı xətti"

Vaxtilə prosesi dalana dirəyən və Ermənistanı əvvəlki razılaşmalardan imtinaya sövq edən ölkələrdən biri də İrandır. Maraqlıdır ki, bu məsələ ilə bağlı Qərb tərəfindən səsləndirilən bəyanatların fonunda İran da ən yüksək səviyyədə Zəngəzur dəhlizinə qarşı olduğunu bir daha bəyan edib. Belə ki, İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei iyunun 30-da Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, "İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir" deyib. Xameneinin bu fikrini Nikol Paşinyan da dəstəkləyib. Bir daha Ermənistan ərazisindən hansısa dəhlizin yaradılmasına imkan verməyəcəklərini bildirib.

Sülh sazişini tamamlayacaq yekun addım

Bu məsələdə Azərbaycanın ən böyük dəstəkçisinin Türkiyə olduğu şəksizdir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi bəyanat proseslərin dinamik hal aldığı indiki məqamda diqqət çəkir. Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib və bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır. "Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq", - deyə o bildirib.

Göründüyü kimi, okeanın o tayından başlayaraq Pekinə qədər hər kəsin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin düyünü, deyəsən, artıq çözülmək üzrədir. Bu düyünün açılması üçün isə əsas olan Ermənistan rəhbərliyinin siyasi iradə və qətiyyət nümayiş etdirməsidir. Bölgədə sülhə, iqtisadi inkişafa və inteqrasiyaya xidmət edəcək Zəngəzur dəhlizi təşəbbüsü maraqların toqquşduğu yox, uzlaşdığı və hər kəsin faydalana biləcəyi bir layihədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 884   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr