Deputat Əhliman Əmiraslanovun biznesi gündəmə gəlib – SİYAHI

Deputat Əhliman Əmiraslanovun biznesi gündəmə gəlib – SİYAHIYAP-ın 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Əhliman Əmiraslanovun və oğlu Azər Əmiraslanovun xaricdəki biznesi sosial şəbəkə istifadəçiləri tərəfindən gündəmə gətirilib. Tribunainfo.az məlumat verir ki, xüsusən də Sabirabaddan olan sosial media istifadəçiləri keçmiş rektorun, VI çağırış parlamentin üzvü Əmiraslanovun Türkiyədəki obyektlərini açıqlayıblar.

. AA İÇ MİMARLIK İNŞAAT PROJE TAAHHÜT TASARIM UYGULAMA TİCARET LİMİTED ŞİRKETİ 2015-ci il aprelin 17-də İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47 ünvanında 50 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 971304-0-dır. Təsisçiləri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və Türkiyə vətəndaşı Alev Kaygazdır.

Şirkət inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir, o cümlədən yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin adı şəriklərin adlarının ilk hərflərindən götürülüb.

Alev Kaygaz Türkiyədəki biznesi idarə etməkdən əlavə London və Dubayda da tez-tez görünür. Alev Kaygaz eyni zamanda, 2K TASARIM VE İÇ MİMARLIK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-nin də təsisçisidir.

2. Azər Əmiraslanovun Türkiyədə təsis etdiyi digər şirkət ENERJİM E TİCARET BİLİŞİM VE YAZILIM HİZMETLERİ LİMİTED ŞİRKETİdir. 250 min lirə nizamnamə kapitalı olan şirkətin qeydiyyat nömrəsi 801011-0, hüquqi ünvanı SARIYER, MASLAK MAH.AKASYA SOK.ECLİPSE MASLAK SİTESİ F BLOK NO:5 F/4-dür. Bu ünvan İstanbjlda deputatın oğluna məxsus AĞLANÇ RESTAURANT-ın yerləşdiyi ünvandır. Elə şirkətin də kvalifikasiya sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. Azər Əmiraslanovun bu şirkətdəki şərikləri Elmir Cəbrayılov və Türkiyə vətəndaşı Emir Turacıkdır.

3. İstanbulda Əmiraslanovlara məxsus qeydiyyatdan keçmiş daha bir şirkət isə AZER GAYRİMENKUL MEDİKAL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİdir. Bu şirkətin təsisçiləri qismində Azər Əmiraslanovdan başqa, Əhliman Əmiraslanovun digər oğlu, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov da iştirak edir.

Şirkətin qeydiyyat nömrəsi 704740-0, hüquqi ünvanı İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47-dir. Əvvəldə qeyd etdiyim kimi Azər Əmiraslanovun Alev Kaygazla ortaq qurduğu şirkət də bu ünvanda fəaliyyət göstərir.

Şirkət əsasən tibbi təyinatlı olmaqla, daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.

4. Deputatın oğlu Rusiyada da indiyədək 5 şirkət qeydiyyatdan keçirib, onlardan yalnız biri fəaliyyətini dayandırıb.

"NOVİNKİ" MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "НОВИНКИ") hələ Əliman Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu dönəmdə – 1996-cı ilin avqustunda Azər Əmiraslanov və şərikləri tərəfindən 8 milyon rubl nizamnamə kapitalı ilə təsis edilib (qeydiyyat nömrəsi 77160019227716). Hüquqi ünvanı Moskva, Novinki küçəsi 12 A-dır. Şirkətin adı elə bu küçənin adından götürülüb. Kolomenskoe metrosu yaxınlığındakı ünvanda şirkətə məxsus olan və hazırda "PRIMAVERA" şadlıq evi kimi fəaliyyətdə olan obyekt yerləşir.

Şirkətin təsisçilərindən biri – Nəsimi Allahverdiyev Azərbaycan Dövlət Aqrar Universitetinin yoluxmayan xəstəliklər kafedrasının mərhum professoru, şair Rübail Allahverdiyevin oğludur. Rübail Allahverdiyev Əhliman Əmiraslanovla uzun illərin dostu olub.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətin 2018-ci il maliyyə hesabatına görə gəlirləri 4 844 000 rubl təşkil edib.

5. Azər Əmiraslanov həmin tarixdə Nəsimi Allahverdiyevlə birgə Moskvada "Super-Kosna" MMC-ni də (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "СУПЕР-КОСНА") qeydiyyatdan keçiriblər. 1 milyon 650 min rubl nizamnamə kapitalı olan daşınmaz əmlak şirkəti Rusiya paytaxtının Novinki küçəsi 12B ünvanında təsis olunub. Sözügedən ünvanda şirkətə məxsus "PRONTO" Ticarət mərkəzi və restoran fəaliyyət göstərir.

2017-ci il maliyyə hesabatına görə şirləyin gəlirləri 8 milyon 251 min rubl təşkil edib.

6. "DİVİDEND" MMC (ООО "ДИВИДЕНД") 2010-cu ilin mayında 10 000 rubl nizamnamə kapitalı ilə təsis olunub. Şirkətin 49 faiz hissələri Azər Əmiraslanova, qalan 51 faizi isə Nəsimi Allahverdiyevin və qardaşının adına rəsmiləşdirilib, 2017-ci il maliyyə hesabatına əsasən gəlirləri 39 milyon 784 min rubl (o zamankı valyuta kursu ilə 610 min dollar) təşkil edib.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkət Moskvada, Privolnaya küçəsi 63-də hüquqi qeydiyyatdadır. Bu ünvanda yerləşən və şərq mətbəxi təqdim edən ikimərtəbəli "Lepyoşka" kafesi "Dividend" MMC üzərindən idarə olunur.

7. Azəf Əmiraslanov "Bereq" MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "БЕРЕГ") nizamnamə kapitalı 10 min rubl olmaqla 2014-cü ilin sentyabrında Fail Qurbanov adlı işadamı ilə birgə qeydiyyatdan keçirib.

Şkulyova küçəsi 2a/1 ünvanında hüquqi qeydiyyatda olan şirkət restoran biznesi sahəsində fəaliyyət göstərir. Əhliman Əmiraslanovun oğlu və onun şəriki bu şirkət üzərindən həmin ünvanda "AnderSon" restoranına sahibdirlər. Şirkət hissələrinin 65 faizi Fail Qurbanova 35 faizi isə deputatın oğluna məxsusdur.

8. Azər Əmiraslanovun Moskvada şərik olduğu daha bir şirkət – "PSK" MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ПЕРВАЯ СТРОИТЕЛЬНАЯ КОРПОРАЦИЯ")

2003-cü ilin dekabrında qeydiyyatdan keçib. Tikinti sektorunda fəaliyyət göstərmiş şirkət 2013-cü ilin iyulunda ləğv edilib.

Mətbuatda yer alan məlumatlara görə Azər Əmiraslanov yaxın adamı və köməkçisi kimi tanınan Vüqar Cavadovun adına rəsmiləşdirilmiş "Azər-Türk" klinikasına və başqa bir neçə klinikalara, apteklərə, restoranlara və mağazalara da sahibdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1179   Tarix: 05 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA

Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil. İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır. Bəs şəxsi brend formalaşdırarkə

11 sentyabr
.

Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)

Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin

12 sentyabr
.

Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya

12 sentyabr
.

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yən

12 sentyabr
.

Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov -a açıqlama verib:. Qazilər və müharibə veteranlarına sosial dəstəyi

13 sentyabr
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11 sentyabr
.

Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR

"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri

13 sentyabr
.

Qarabağ həqiqətlərini dünyaya yerində göstərən diplomatik səfər - Yeni reallığın beynəlxalq təqdimatı

Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm təqdimat platformasına çevrilir.Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur

11 sentyabr
.

Sosial müavinətlərlə bağlı AÇIQLAMA

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər

13 sentyabr