COP29-la əlaqədar rayonlara gediş-gəliş DAYANDIRILACAQ?
Xəbər verdiyimiz kimi, COP29-la əlaqədar dövlət qurumlarında iş rejimi dəyişəcək. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bəzi dövlət qurumlarında işə cəlb edilən işçilərin 70 faizinin məsafədən (evdən) işləmələri təmin edilməlidir.
Bəs COP29-la bağlı rayonlara gediş-gəliş dayandırıla bilər? Mövzunu Sonxeber.az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, COP29 ölkəmiz, xüsusilə paytaxt Bakının həyatında ən önəmli və xüsusi dəyişikliyə səbəb olan bir tədbir olacaq:
"Amma Azərbaycan Respublikası ərazisində, paytaxt Bakı şəhərində indiyə qədər müxtəlif beynəlxalq tədbirlər keçirilmişdir. Amma praktikada rayonlardan paytaxta gələn nəqliyyat vasitələrinin buraxılmaması kimi tədbir olmayıb. Hər hansı bir qabaqlayıcı tədbir kimi addımlar atılmayıb. Bununla əlaqədar şəhərə giriş məhdudlaşdırılmayıb. Lakin koronavirus epidemiyası zamanı xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan addımlar çərçivəsində belə bir praktika tətbiq olundu. Kənddən kəndə, şəhərə giriş icazə verilmirdi. Ona görə də koronavirusu çıxmaq şərtilə, belə bir tədbir olmayıb".
Ekspertin sözlərinə görə, bu gün rayonlara gediş-gəlişin məhdudlaşdırılacağını demək olmaz:
"Tədbirin keçirildiyi ərazilərə ümumiyyətlə nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılacaq. Bu birmənalıdır. Sırf rayonlardan paytaxta üz tutanlar üçün bunu planlaşdırmaq olmaz. Verilən qərarlardan çox şey asılıdır. Amma proqnozlara əsasən belə bir addım atılmaya bilər. Çünki yay sezonu bitir. Qarşıda bizi yeni tədbirlər gözləyir. O cümlədən hökumət idarələrində, özəl sektorda tətillər olacaq. Belə olan təqdirdə, şəhər əhalisinin rayonlara, bölgələrə 10-15 gün getməsini görə bilərik. Yəni tam əksi bir hal baş verəcək".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?