"Nuhun gəmisi" bu dəfə Ayda OLACAQ - MARAQLI ARAŞDIRMA
Tədqiqatçılar Ayda Yer kürəsində növlərin dondurulmuş nümunələrini göndərərək "Nuhun gəmisi" qurmağı təklif edirlər. Minlərlə növ nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Buna görə də tədqiqatçılar Nuhun gəmisini Ayda tikilməsi layihəsini təklif ediblər.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, layihənin məqsədi Yer kürəsində nəsli kəsilməkdə olan canlıların qorunub saxlanmış nümunələri ilə dolu bir Ay anbarı yaratmaqdır. Biorepozitoriya adlanan bu gəmi müəyyən növlərin Yer kürəsindən yoxa çıxacağı halda donmuş anbar kimi fəaliyyət göstərməyi nəzərdə tutur.
Layihə reallaşarsa, çox güman ki, gəmi Ayın şimal yaxud cənub qütbündə tikiləcək. Çünki burada temperatur 200 dərəcə şaxtadır və kraterlər daimi kölgə salır. Qütbdəki bu xüsusiyyət, dondurulmuş qutunun aktiv enerji təchizatına ehtiyac duymayacağına işarədir.
Məşhur iş adamı İlon Mask layihəni məntiqli hesab etdiyini bildirib. Layihə üzərində Harvard və Smithsonian da daxil olmaqla dünyanın bir sıra məşhur universitetlərinin alimləri çalışırlar. Bununla belə, dondurulmuş nümunələrin kosmik səyahət zamanı necə qorunub saxlanıla biləcəyi məsələsi hələ də həllini tapmayıb.
Norveçin Svalbard şəhərində Ayda hazırlanması planlaşdırılan anbar artıq Yer üzündə mövcuddur. Alimlər deyirlər ki, Ayda başqa bir bazanın olması Yer kürəsi üçün yaxşı ehtiyat planı olardı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 755 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabr