Avtobus qəzaları niyə artıb ? - AÇIQLAMA
Son zamanlar ölkədə avtobus qəzalarının sayı artıb. İnsanların daha sərfəli və güvənli deyə istifadə etdiyi bu nəqliyyat növü artıq təhlükəli bir hal alıb. Bəs görəsən qəzaların artmasına səbəb nədir ?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzaların artmasına səbəb məsuliyyətsiz sürücülərdir:
"Avtobus qəzalarında sürücülərin böyük rolu var. Ciddi səhvlərə yol verirlər, diqqətsizlik edirlər. Bu da onların iş və istirahət rejimiylə, yaradılan şəraitlə bağlıdır. Müxtəlif səbəblər ola bilər. Ölkədə peşəkar sürücülərin sayı xeyli azalıb. Onlar Azərbaycanda az qazandıqları üçün xarici ölkələrə üz tuturlar. Daha yüksək maaş verdiyi üçün Polşada böyük bir Azərbaycanlı sürücü kütləsi formalaşıb. Əgər Azərbaycanda avtobus sürücüsü 8 saat iş qarşılığında 800-1000 manat maaş alırsa, Polşada 4000-5000 manat alır. Buna görə də xarici ölkələrə güclü axın var. Qalan sürücülərin də bir qismi intizamsızdırlar. Şirkətlər məcburi işi onlarla idarə eləməyə çalışır"
Onun sözlərinə görə bəzi sürücülər ölkədəki sürücü qıtlığından istifadə edirlər:
"Ölkədə peşəkar sürücü qıtlığı var. Buna görə də bəzi sürücülər bu vəziyyətdən istifadə edirlər. Çünki bilirlər ki, onları əvəz edən yoxdur. Onlar dərk etmirlər ki, hər hansı bir cinayət xarakterli hadisə törətsələr, həbs olunacaqlar. Ola bilər bəlkə də şirkət heç nə edə bilməz, amma dövlət, qanun edəcək. Bunu sürücülərə izah etmək lazımdır"
Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir ?
"Şirkətlər sürücülərə ciddi təlimlər keçməlidir. Hesab edirəm ki, artıq avtobus sürücüləriylə bağlı ciddi tədbirlər görülməlidir. Onların daha yüksək əmək haqqı ilə təmin edilməsi, sosial vəziyyətlərinin yaxşılaşması və peşəkar sürücülərə üstünlük verilməsi bəlkə vəziyyəti müəyyən qədər yaxşılaşdıra bilər. Günah heç bir qurumda deyil, birbaşa sürücünün özündədir"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?