Hərbi qulluqçuların ölümü komandirlərin qayda-qanunlara əməl etməməsinin NƏTİCƏSİDİR - ŞƏRH
Məlum olduğu kimi, bir neçə gün əvvəl Laçında dörd hərbçimiz kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənərək həlak olub. Bundan başqa, daha 4 hərbçimiz Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı nəticəsində xəsarət alıblar. Nəticədə iki nəfərin ayağı amputasiya olunub, digər hərbçilərimiz isə qəlpə yarası alıb.
Müharibə olmadığı halda hərbçilərimiz ya itkin düşür, ya da yaralanır. Xüsusilə, intihar və xəstəlikdən ölüm halları, o cümlədən təlimdə silahdan ehtiyatsız davranma vəziyyəti daha da çətinləşdirir. Belə olan təqdirdə nizam-intizam qaydalarının sərtləşdirilməsi ilə əlaqədar hansı addımlar atılmalıdır?
Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib ki, son baş verən hadisələr hərbi qulluqçuların nizam-intizam qaydalarına əməl etmədiklərini göstərir:
"Əfsuslar olsun ki, biz belə məsələlər ilə bağlı məlumat versək də bəzi mətbuat orqanları problemi işıqlandırmır. 4 il əvvəl baş verən 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatlarından sonra, nazirlik rəhbərliyində və komandanlıqda arxayınlıq yaranıb. Bu çox xoşagəlməyən bir haldır. Bütün qalib orduların ən böyük bəlası budur. Ordu komandanları problemlərin öhdəsindən gəlməyə çalışır. Onların növbəti dəfə qələbələri olur. Mən bunu bəzi idmançılarımız ilə müqayisə edərdim. Olimpiya çempionu olduqdan sonra idmançılarımız arasında arxayınçılıq yarandı. Növbəti yarışlarda onlar məğlub oldular".
Ekspertin sözlərinə görə, müəyyən hərbi hissələrdə nizam-intizam qaydalarına əməl etmə çox aşağı səviyyədədir. Bütün bunlar komandirlərin qayda-qanunlara əməl etməməsinin nəticəsidir:
"Bu problemlər ilə çox ciddi şəkildə məşğul olunmalıdır. Bundan ötrü müvafiq idarələr var. Təlim-tərbiyə işləri üzrə idarələr var. BU idarəyə peşəkar, vətənpərvər general təyin edilib. Orduda xidmət qaydalarına ciddi şəkildə diqqət yetirmək lazımdır. Bunun üçün əlavə tədbirlərə ehtiyac yoxdur. Əlimizdə olan qayda-qanunlar və nizamnamə tam surətdə baş verənlərin qarışısını almağa imkan verir. 4 hərbçimizin ölümündən sonra, 2 əsgərimizin minaya düşərək xəsarət alması bilavasitə nizamnamənin pozulması hallarından yaranır. Əgər onlar qayda-qanunlara uyğun olaraq hərəkət etmiş olsalardı bu gün belə hadisə baş verməyəcəkdi. İstər çiməndə, istərsə də tanış olmayan bir yerə getdikdə əsgərlər buna uyğun addım atmalıdır. Bütün bu qaydalar hər gün iclas şəklində komandirlər tərəfindən hərbi qulluqçuların diqqətinə çatdırılmalıdır. Hər hansı bir tapşırıq ilə bağlı gedəndə yenidən onlara təlimat keçilməlidir. Hərbi qulluqçuların məlumatlandırılması ilə bağlı müvafiq kitabça olmalıdır. Baş verənlər faciəvi haldır. Düşünürəm ki, ordu komandanlığı və digər heyətlər ciddi nəticə çıxarmalıdırlar".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?