Mənzil bazarında qiymət artımı - Hansı evlər bahalaşıb?
Azərbaycanda evlərin qiymətinin yüksək olması aktual məsələlərdəndir. Əmlak bazarındakı qiymətlər adətən fəslə görə dəyişir. İndi yay fəsli olduğundan bağ evlərinə daha çox tələbat var.
Bəs əmlak bazarında qiymətlərdə yenə artım müşahidə edilirmi?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında hazırki vəziyyətdən danışıb.
"Ölkənin daşınmaz əmlak bazarında xüsusən, paytaxt Bakı, Sumqayıt, Xırdalan və digər şəhərlərdə hər il qiymət artımları baş verir. Qiymət daha çox təbii ki, Bakıda artır. Qiymətlərin ən böyük artımı 2023-cü ildə baş verdi ki, həmin vaxt təkcə Bakı şəhərində ortalama daşınmaz əmlaklarda 15 faizdən 30 faizə qədər qiymət artımı oldu.
Lakin 2023-cü ilin oktyabr ayından başlayaraq bu günə qədər əmlak bazarında çox ciddi sakitlik hökm sürür. Yalnız 2024-cü ilin fevral və mart ayları ipoteka kreditlərinin verilməsi səbəbindən əmlak bazarında ciddi müştəri çoxluğu müşahidə olundu. Bu da qiymətlərə təsir etdi. Hal-hazırda əmlak bazarında qiymətlər demək olar ki, 2023-cü ildə mövcud olan qiymətlərdə stabil olaraq qalıb, ciddi artım müşahidə olunmur. Lakin bununla bərabər qiymətlər enməyib".
Ekspertin sözlərinə görə, Azərbaycanın turistik bölgələrinə də tələbat çoxdur.
"Bu ərazilərdə də torpaq sahələri alıb bağ evi tikirlər və yaxud hazır bağ evləri alaraq yaşıyırlar, həm də icarəyə verirlər. Qiymət artımı bölgələrdə Bakıdan daha çox müşahidə olunur. Həmçinin qiymət artımı Xırdalan şəhərindədir ki, Abşeron rayonunda daha çox tələbat bu əraziyədir. Sözügedən ərazilərdə təxminən 5-6 il bundan əvvələ qədər qiymətlər ucuz olsa da, hazırda ciddi qiymət artımları var".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 838 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabr