Türkiyədə ərəblərə satmaq üçün tikilirdi: İflas edəcəkdi, ABŞ-dan investor gəldi və...
Mudurnuda 2011-ci ildə tikintisinə başlanılan 732 villa, bir ticarət mərkəzi, bir hotel və 2 konqres mərkəzinin yer aldığı layihə çərçivəsində qala tipli villalardan 580-nin tikintisi başa çatıb.
Publika.az xəbər verir ki, villalardan 350-si Qətər, Bəhreyn, Küveyt, Dubay və Səudiyyə Ərəbistanındakı müştərilərə satılıb. "Burj Al Babas" adlı layihənin sahibi olan "Sarot Thermal Group" ərəb müştərilərin aylıq ödənişləri vaxtında ödəməməsi və maliyyə problemləri səbəbiylə 2018-ci ildə məhkəməyə müraciət edib. İstanbul 3-cü Ticarət Məhkəməsi 2018-ci ilin sentyabrında "Sarot Group" çətiri altındakı 3 şirkətin iflası haqqında qərar çıxarıb.
Qala tipli memarlığı ilə diqqət çəkən layihə dayandırılıb. Layihə bütün dünyada memarlığı ilə məşhurlaşıb. Bu tikili YUNESKO-nun Mədəni İrs Siyahısına da namizəd olub. Daha sonra isə tikili Mudurnunun tarixi binalarına uyğun gəlmədiyi üçün tənqid edilib.
Daha sonra İstanbul Regional Ədliyyə Məhkəməsinin 17-ci Mülki Kollegiyası ötən il "Sarot Group"-na məxsus 3 şirkətə qarşı çıxarılmış iflas qərarını ləğv edərək, satış icazəsi verib.
ABŞ-da yerləşən "Nova Group Holding" şirkəti tikintisi yarımçıq qalmış "Burj Al Babas"ı tamamlamaq üçün investor olmaq təşəbbüsü ilə çıxış edib. "Nova Group" və "Sarot Group" nümayəndələri layihəni başa çatdırmaq üçün Ankarada bir araya gəliblər.
"Nova Group Holding"in baş direktoru Müjdət Gülər layihənin keçmiş sahibləri və daşınmaz əmlak alan şəxslər üçün heç bir problem olmadığını bildirib:
"Satışla bağlı hüquqi proses davam edir. Bura Türkiyə turizminə böyük töhfə verəcək".
Gülər proses tamamlandıqdan sonra lazımi açıqlama verəcəklərini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1225 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabr