Bakıda "sən uşaqsan" sözünə görə göz çıxaran idmançı həbs edildi
Bakıda tanımadığı şəxslə dalaşaraq ona ağır xəsarət yetirən Müşfiq qəsəbəsi 33 saylı orta məktəbin 10-cu sinif şagirdi K.Yadullayevə (soyadlar şərtidir) hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 15 yaşlı oğlan Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, paytaxtdakı idman klublarından birinin cüdoçusu olan K.Yadullayev həmin gün avtobusla məşq üçün Müşfiq qəsəbəsindən metronun "20 Yanvar" stansiyasının qarşısına gəlib. O, avtobus dayanacağında bacısı ilə qonşusu olan qıza 2 nəfər oğlanın yaxınlaşdığını görüb və münaqişə baş verib. Münaqişə zəminində həmin şəxslərdən biri olan E.Yusifov yeniyetməyə "Sən uşaqsan, uşaq işi ilə məşğul ol", deyərək kənarlaşdırmağa çalışıb. Bu zaman K.Yadullayev onun baş nahiyəsinə əli ilə zərbə endirib. Zərbə nəticəsində E.Yusifovun gözün gözdaxili möhtaviyyatın axması, hematoması və yarası ilə, eləcə də sol orbitanın ön divarının sınığı ilə müşayiət olunmuş küt zədə alıb və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (33 faiz) dayanıqlı itirilməsinə səbəb olan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti alıb.
Məhkəmədə K.Yadullayev sambo və cüdo üzrə çoxsaylı yarışlarda qalib olduğunu deyib. O, tanımadığı şəxsə "uşaq" sözünə və bacısına yaxınlaşdığına görə zərbə endirdiyini bildirib.
N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu olan zərərçəkmiş K.Yadullayevə ağır cəza verilməsini xahiş edib.
Məhkəmənin ötən həftə çıxardığı hökmlə K.Yadullayevə 4 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş yeniyetmə məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, hadisə hərbçinin məzuniyyətdə olduğu zaman baş verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2725 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabr