Mayor Toğrul Bərxudarovun həyat yoldaşı: "Şəhid olmazdan öncə heç vaxt rahat yaşamadı"
Baku TV Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun evindən reportaj hazırlayıb.
Üçüncü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülən Toğrul Bərxudarovun ailəsi şəhidimizlə bağlı xatirələrini bölüşərək onun qəhrəmanlıq yolundan bəhs edib.
Həyat yoldaşı Zəhra Bərxudarova Toğrul Bərxudarovun şəhid olması xəbərini necə alması barədə danışıb:
"Şəhid olmazdan öncə heç vaxt rahat yaşamadı. Yolda atam zəng edib deyəndə ki, təcili gəl, radara fikir vermə, düşündüm, yəqin, Toğrulun vəziyyəti ağırdır. Yanına gedəndə onu evlərində bayrağa bükülmüş vəziyyətdə gördüm. Övladlarım da atalarının ölüm xəbərini mənimlə bir yerdə öyrəndilər. O vaxt elə qışqırdım ki, oğlumda travma qalıb, yanında kimsə səsini yüksəldəndə əsir".
Şəhidimizin oğlu Əli Bərxudarlı atasının onun qəhrəmanı olduğunu söyləyib:
"Atasız böyüyən şəhid övladlarını başa düşürəm. İstəyərdim ki, atam şəhid olmasın. Yanıma gələrdi, məni qucaqlayardı, deyərdi ki, özünü qoru. İndi tək qalmışam. Biz hələ də bəlkə gələr deyə onun yolunu gözləyirik. Hər dəfə anamın gözyaşlarını görəndə pis oluram, ona deyirəm ki, ağlama".
Z.Bərxudarova yuxusunda həyat yoldaşının ona təsəlli verməsindən də bəhs edib:
"Toğrul şəhid olandan sonra ağır bir əməliyyata girdim. Çox qorxurdum. Əməliyyatdan öncəki gecə yuxuda Toğrulu gördüm. Gəlib əlimdən tutdu, dedi ki, narahat olma, heç nədən də qorxma. Yuxudan ayılanda həmin istiliyi əlimdə hiss etdim. Sanki həqiqətən gəlib əlimdən tutmuşdu".
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 772 Tarix: 08 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabr