Əbədi partizan: Yapon zabiti cəngəllikdə 30 il necə vuruşub?

Əbədi partizan: Yapon zabiti cəngəllikdə 30 il necə vuruşub?İkinci Dünya Müharibəsindən sonra bəzi xüsusilə döyüşkən yapon əsgərlərinin müharibənin bitdiyini düşünmədən müqavimət göstərməyə davam etdiklərinə dair çoxsaylı nümunələr var. Yaponiya 1945-ci il sentyabrın 2-də kapitulyasiya etsə də, İmperatorun onlarla, hətta yüzlərlə əsgəri cəngəlliklərin və meşələrin dərinliyinə getdi və aylar, hətta illərlə gizləndi. Həmin hərbçilərdən sonuncusu 2005-ci ildə təslim olub, lakin xüsusilə bir əsgər - Hiroo Onoda yapon ruhunun əsl simvoluna çevrildi.

Lent.az müharibə bitsə də, döyüşməyə davam edən Hiroo Onoda haqda yazını təqdim edir.

1945-ci ilin əvvəlində Hiroo Onoda o zaman hələ gənc leytenant idi və hünər göstərmək naminə müharibəyə getməyə can atırdı. O, Filippinin Lubanq adasına təyinat alır. Bu zaman amerikalılar adaya desant çıxarmağa hazırlaşırdılar ki, bu da yapon komandanlığına sirr deyildi. Yaponlar əsas hərbi birləşmələrini adadan evakuasiya edə bildilər. Onodaya kiçik bir dəstəyə rəhbərlik etmək tapşırığı verildi və əsas qüvvələr gələnə qədər adanı qorumaq əmri verildi.

Onun birbaşa komandiri, mayor Taniquti, Hiroo Onodaya təslim olmağı və intihar etməyi qəti qadağan etdi. Mayor öz əsgərləri üçün geri dönəcəyini vəd etdi və onlara adaya gələn amerikalılara qarşı partizan müharibəsi aparmalı olduqlarını dedi. Tezliklə, demək olar ki, Onodanın dəstəsindən olan hamı döyüşlərdə öldürüldü. O və tabeliyində olan üç nəfər əsgər cəngəllikdə gizlənə bildilər.

Beləliklə, Hiroo Onodanın 30 illik müharibəsi başladı.

1945-ci ilin sentyabrında adanın hər tərəfinə Yaponiyanın təslim olması barədə vərəqələr səpələnmişdi, lakin Onoda kəşfiyyat məktəbində oxumuşdu və bunun ABŞ-ın hiyləgər və təxribatçı addımı olduğunu düşündü. Onun başçılığı latında komandolar düşmənin yeri haqqında məlumat toplayıb, patrullara hücum edir və nəqliyyatı atəşə tuturdular. 1950-ci ildə Onodanın tabeliyində olan əsgərlərdən biri cəngəllikdə həyatın çətinliyinə dözməyərək hakimiyyətə təslim olur. Yaponiya silahlı mübarizəni davam etdirən bir qrup hərbçisindən beləcə xəbərdar oldu.

1952-ci ildə Lubanq adasının üzərinə yapon əsgərlərinin qohumlarının fotoşəkilləri və məktubları səpələnir. Leytenant Onoda qohumlarının əsirlikdə olduğunu düşünür və düşmənə nifrəti daha da güclənir. Adada yerləşən hərbi mövqelərdən birinə basqında yaponlar bir radio qəbuledicisini ələ keçirirlər və radionu dinləyib hələ də Yaponiyanın ABŞ və müttəfiqlərinə qarşı müharibəni davam etdirdiyini düşünürlər: Onlar Koreyada baş verən müharibəni Yaponiya Ordusunun əks hücumu sanır, amerikalıların Vyetnamda apardığı müharibəni isə yapon qüvvələrinin müqavimətini qıra bilmədikləri kimi anlayır.

1972-ci ildə Hiroo Onoda tənha qalır, çünki onun yoldaşları artıq Lubanq adasında Filippin ordusu və polisi ilə atışmalarda həlak olurlar. Onoda demək olar ki, cəngəlliyin ruhuna çevrilir: o, siçovulları və giləmeyvə ilə qidalanır və basqınlardan asanlıqla xilas olur. İldə bir dəfə o, yerli kəndlilərdən inək oğurlayıb, ətini qurudur.

Nəhayət, 1974-cü ildə Lubanq adasına gələn və kəpənək kolleksiyası toplayan yapon tələbə Norio Suzuki Hiroo Onoda ilə qarşılaşmasaydı, bu hekayənin nə qədər davam edəcəyi məlum deyil. Onoda tələbə və həmyerlisinin müharibənin bitməsi barədə sözlərinə inanır, lakin yalnız mayor Taniquçinin əmri ilə təslim olmağa razı olduğunu deyir. 1974-cü ilin martında Taniquçi xüsusi olaraq Lubanq adasına gətirilir.

Hiroo Onoda qılınc və Arisaka tüfəngini təslim edərək təntənəli şəkildə təslim olur. 1945-ci ildən başladığı partizan müharibəsi illərində Onodanın dəstəsi 30-dan çox adamı öldürmüş, 100-dən çox filippinli və amerikalı polis və hərbçini isə yaralamışdı. Buna görə o, ölüm cəzası ilə üzləşirdi. Lakin Filippin prezidenti Hiroo Onodanın düşdüyü vəziyyətin təkrarsızlığını nəzərə alaraq onu əfv edir.

Yaponiyada Onoda qəhrəman kimi qarşılanır. Parlament ona mükafat verir və imperator isə onu hüzuruna çağırır. Amma Onoda mükafatı Şinto ziyarətgahına ianə edir, imperatorla görüşdən isə özünü buna layiq bilmədiyi üçün imtina edir. Onu Fillipin sakinlərini öldürməkdə və müharibə cinayətlərində ittiham edən bəzi ictimaiyyət nümayəndələrinin və siyasətçilərin təzyiqi ilə Hiroo Onoda 1975-ci ildə Braziliyaya köçür. O burada uğurla mal-qara yetişdirir və sərvətini daha da artırır. 1984-cü ildə Hiroo Onoda Yaponiyaya qayıdır və ictimai-pedaqoji fəaliyyətlə, həmçinin, xeyriyyəçiliklə məşğul olmağa başlayır. O, bir neçə xatirələr kitabının müəllifi olur. Hiroo Onoda 2014-cü ildə 92 yaşında hörmət və ehtiram içində dünyasını dəyişir. Ona cəngəllikdə olduğu zamanlar nə haqqında düşündüyünü soruşduqda, Hiroo həmişə "öz vəzifə borcum haqda", - deyə cavab verirdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1104   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr