Yanan evdə qocanın cansız cəsədi tapıldı - Universitet tələbəsinin qandonduran qətl ssenarisi (FOTO)
Bursada 3 mərtəbəli yaşayış binasının zirzəmisində baş verən yanğında 72 yaşlı kişi həyatını itirib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı geniş miqyaslı araşdırmaya başlayan Cinayət Bürosu müstəntiqləri, Antalyadan Bursaya gələn universitet tələbəsinin hadisədə maskalı halda qocanın başına vuraraq kəndirlə boğaraq öldürdüyünü müəyyən edib və sirr pərdəsini açıb.
Universitet tələbəsi film kimi qətl ssenarisi tüklər ürpətdib.
Qan donduran hadisə bir neçə gün öncə mənzillərdən birində baş verib.
3 mərtəbəli binanın zirzəmisində baş verən yanğından sonra hadisəyə yanğınsöndürənlər müdaxilə edib. Bu zaman Faiq Yorgunun (72) meyiti evin içərisindən tapılıb. Hadisədən sonra çörək sexində işlədiyi aşkarlanan Yorgunun cansız cəsədi Bursa Ədli Tibb Qurumunda yarılılıb. Ekspertiza zamanı boynunda qırıqlar olduğu təsbit edilib və Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyi müstəntiqləri hadisə ilə bağlı geniş miqyaslı araşdırma başlatdı. Qətl Bürosunun əməliyyatçıları hadisə ilə bağlı sirr pərdəsini cəld açıb və addım-addım izləyiblər.
O, hadisə baş verən gün Antalyadan Bursaya gələn Akdeniz Universiteti Mexanika Texniki 2-ci kurs tələbəsi Mustafa Polatın evə girdiyini və evdən çıxandan sonra yanğının başladığını aşkarlayıb. Bursa Şəhərlərarası Avtobus Terminalında görüntüləri araşdıran Cinayət Büro Dedektifləri şübhəli Polatı qısa müddətdə yaxalayaraq nəzarətə götürüb.
Qəsdən yaralama ilə bağlı iki qeydi olan Polat Asayiş Şöbə Müdirliyində verdiyi ifadəsində "Bəli, onu öldürdüm.
Evinə gedəndə üstümə bıçaq çəkdi. Başını vurdum. O, yerə yıxılanda iplə boğazını sıxdım və heç bir şey olmamış kimi binadan çıxdım".
Asayiş Şöbə Müdirliyində əməliyyatları tamamlanan Mustafa Polat məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
Digər tərəfdən, Mustafa Polatın atası ilə Faiq Yorğunun daha əvvəl eyni iş yerində çalışdıqları və keçmişə söykənən düşmənçilik olduğu öyrənilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Keçmiş nazirin oğluna vəzifə verildi