Rusiya Ukraynada supermarketi vurdu: Artıq 11 ölən var
Rusiyanın Donetsk vilayətinin Konstantinovka bölgəsinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 11-ə çatıb, daha 37 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Yaralılara təcili tibbi yardım göstərilir. Donetsk Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında müharibə qanunlarının və qaydalarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.
Düşmən X-38 raketi ilə zərbə endirib. Hücum zamanı yaxınlıqda çoxlu adam olub.
Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko öz "Telegram" kanalında on nəfərin öldüyü, 35 nəfərin yaralandığı barədə məlumat verib. "Min kvadratmetr sahəsi olan ticarət mərkəzində baş verən yanğın söndürülüb. Hadisə yerində operativ xidmətlər: Fövqəladə Hallar Xidməti, təcili tibbi yardım briqadası cəlb olunub", - deyə o yazıb.
Yaşayış binaları, mağazalar və ondan çox avtomobilə ziyan dəyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 879 Tarix: 09 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr