AQTA işini görə bilmir: Yediyimiz niyə "zəhər" OLUR? - AÇIQLAMA

AQTA işini görə bilmir: Yediyimiz niyə "zəhər" OLUR? - AÇIQLAMAGöygöldə və Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə Toğanalı kəndində yerləşən restonların birində qeydə alınıb. Göygöl Rayon Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunublar. Zəhərlənmə "Ağ ayı", "Xan yurdu" və "Araz" iaşə obyektlərində, eyni zamanda mərasim evində qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, zəhərlənənlər arasında vəziyyətləri ağır olan yoxdur. Müvafiq yardım göstərildikdən sonra hissə-hissə evə buraxılırlar. Hazırda 96 müraciətdən 46 nəfər stasionarda yardım alır. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Ölkəmizin bir sıra zonalarında müxtəlif qidalardan zəhərlənmə halları müşahidə olunub. Bunlardan ən yadda qalanı Zaqatalada baş verən zəhərlənmə hadisəsi idi. Bəs kütləvi zəhərlənmələrin səbəbi nə ilə bağlıdır? Son baş verən hadisədən sonra adları çəkilən obyektlər bağlana bilərmi?

Mövzunu Sonxeber.az-a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu məsələ təsadüfi deyil. Hər yerdə kütləvi zəhərlənmə mövcuddur və statistika Azərbaycanda ciddi şəkildə gizlədilir:

"Ümumilikdə rəqəmlər 700 dəfə az göstərilir. Dünya ölkələri arasında azərbaycanlılar uzunömürlülüyə görə 190 ölkə arasından 115-ci yerdə dayanır. Hər il ölkəmizin müxtəlif regionlarına gedir və vəziyyəti müşahidə edirəm. Dəfələrlə Gəncə və Göygöl istiqamətində yerləşən ictimai-iaşə obyektləri ilə bağlı tənqidi fikirlərim olub. Minlərlə çoxsahəli iaşə obyektləri var. Mən bir yerə çay içmək üçün gedəndə ilk növbədə qab yuyulan yerə baxıram. Həmin zonada yerləşən obyektdə qadın kirli qabları kirli dəsmal ilə təmizləyirdi. Elə yerdə də oturmaq olmaz. O istiqamətdə kiçik bir çay axır. Çayın bir tərəfində qab yuyulur, üz qırxılır. Orada ciddi antisanitar vəziyyət yaranıb. Hətta yaxşı işləmək istəyən ictimai-iaşə obyektləri belə normal fəaliyyət göstərə bilməz. Çox ağır bir vəziyyət yaranıb. Ölkənin başqa yerlərində buna bənzər vəziyyət mövcuddur. Şimal zonasında təxminən buna uyğun vəziyyət müşahidə olunur".

Ekspertin sözlərinə görə, zəhərlənmələrin baş vermə səbəbi ölkədə istehlakçı hüquqları siyasəti yox dərəcəsində olması ilə əlaqədardır:

"AQTA-nın əsasnaməsi onların fəal iş aparmasına imkan vermir. Yoxlama keçirmək üçün uzun bir prosedur lazımdır. Dəfələrlə demişik ki, bu prosedur götürülməlidir. AQTA-nın əsasnaməsində ciddi dəyişiklik edilməlidir. Statistikanın gizlədilməsində AQTA özü fəal iştirak edir. Çünki zəhərlənənlər və bu zəhərlənmələrdən ölən insanların sayı bu qurumun saytında göstərilir. AQTA-nın özünün qida təhlükəsizliyinin təmin olunmasına dair dövlət strategiyası sənədinin qlobal meyillər bölməsində göstərilir ki, dünya hər il 10 nəfərdən biri zəhərlənir. Amma biz də az göstərilir. Uşaqların ölümü də gizlədilir. Artıq bunlara bir son qoyulmalıdır. Bütün bunlar onu göstərir ki, AQTA-nın işini fəallaşdırmaq lazımdır. Belə yerlər müvəqqəti bağlana bilər. Amma AQTA bütün bu işlərin öhdəsindən gələ bilmir. Çünki antisanitariya ölkə ərazisində geniş yayılıb.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 701   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021