Azərbaycanda hərbi xidmət müddəti QISALDILIR? - AÇIQLAMA

Azərbaycanda hərbi xidmət müddəti QISALDILIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq. "Müdafiə haqqında" qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq:
6 ay – döyüş bölməsində xidmət, 8 ay – mühafizə və ya yardımçı dəstədə xidmət, 11 ay – kiçik komandanlıq vəzifələrində və əvvəlcədən müəyyən edilmiş ixtisaslar üzrə xidmət. Eyni zamanda, çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əməkhaqqı alacaqlar və onların iş yeri saxlanılacaq.

Azərbaycanda hərbi xidmətin qısaldılması ilə bağlı fikirlər səsləndirilir. Hətta Türkiyədəki kimi bədəlli əsgərliyin formalaşdırılması istiqamətində irəli sürülən təkliflərin sayı az deyil. Qarabağ işğaldan azad olundu və ordumuz gündən-günə inkişaf edir. Lakin hərbçilər arasında intihar, xəstəlikdən ölmə, silahdan ehtiyatsız davranma halları müşahidə olunur. Bəzi ekspertlər psixologiyası hərbi xidmətə uyğun olmayan şəxslərin hərbi xidmətə çağrıldığını deyir. Ümumi problemləri nəzərə aldıqda, Azərbaycanda hərbi xidmət müddəti qısaldıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Azərbaycanda hərbi qanunvericilik təkmilləşdirilməli və müasirləşdirilməlidir:

"Qonşu Gürcüstan ilə bağlı məsələ illər əvvəl müzakirəyə çıxarılmışdı. Amma əfsuslar olsun ki, bu vaxta qədər parlamentdə bu məsələni qaldıran olmadı. Torpaqlarımız işğaldan azad olunub. Amma alternativ xidmət haqqında qanun hələ də müzakirəyə çıxarılmır və qəbul olunmur. Sözügedən qanun ağıllı təklifdir. Biz qardaş Türkiyə modelini örnək götürürdük. Türkiyədə alternativ xidmət və xidmət müddətləri ilə bağlı maraqlı qanunvericilik var. Həmin qanunvericilik insanlara rahat şəkildə insanlara təhsil alma, müəyyən hallara görə şərait yaradır. Orada çağırışçılar özləri üçün alternativ xidmət seçə və hər hansı bir xəstəxana yaxud sosial müəssisədə 2 il xidməti vəzifələrini yerinə yetirə bilərlər. Bu da onun hərbi xidmətə bərabər sayılır. Bütün güc strukturlarının tabeliyində hərbi qulluqçular var. Burada təkcə Müdafiə Nazirliyindən söhbət getmir".

Ekspertin sözlərinə görə, ordumuzu gələcəkdə daha uğurlu və yüksək pillələrdə görmək istəyiriksə peşəkarlara üstünlük verməliyik:

"Burada sual yaranır: Çağırış sistemi necə olacaq? Çağırış sisteminin tənzimlənməsinin yolları var. Çağırış sistemi elədir ki, müəyyən müddət hazırlıq keçirsən və ehtiyatda gözləyirsən. Zamanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin o şəxsləri təlimlərə cəlb edir ki, onların vərdişləri təkmilləşsin. Mən Gürcüstanda olan bu yenilikləri alqışlayıram. Sadəcə olaraq qonşu dövlətdə ordu müasirləşmə və mobil standartlara hazırlanır. Bu gün çoxsaylı ordu saxlamağa ehtiyac yoxdur. Bu həm büdcəyə ağır yükdür, həm də hərbi xidmətə meyilli olmayan bir insanı ağır yükün altına salmaq deməkdir. Bu baxımdan müəyyən lazımsız ixtisaslar ixtisara salınmalıdır. 100 çağırışçı əvəzinə 10-20 peşəkar saxlamaq lazımdır. Büdcəyə bunun ciddi bir təsiri yaxud yükü olmaz".

Qeyd edək ki, Gürcüstanda köhnə qaydalarla hərbi xidmətə sonuncu çağırış başlayıb. Payız çağırışı avqustun 5-dən dekabrın 28-dək aparılacaq. Ümumilikdə 18 yaşından 27 yaşa qədər olan 2,9 mindən çox şəxs hərbi xidmətə çağırılacaq, onlardan yalnız 900 nəfəri müdafiə qoşunlarında xidmət edəcək. Xidmət müddəti 12 aydır. Artıq 2025-ci il yanvarın 1-dən isə çağırışçılar yalnız "Milli Hərbi Xidmət" adlandırılacaq hərbi xidmətə göndəriləcək.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 15310   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021