İcra başçısı Vasif İmanovun növbəti HÖRMƏTSİZLİYİ: Şəhidin obyektini sökür, övladını isə TƏHQİR EDİR - ŞİKAYƏT

İcra başçısı Vasif İmanovun növbəti HÖRMƏTSİZLİYİ: Şəhidin obyektini sökür, övladını isə TƏHQİR EDİR - ŞİKAYƏTXəbər verdiyimiz kimi, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov şəhid ailəsinin obyektini söküb.

Bu barədə şəhid qızı Suvarova Vüsalə tərəfindən Sonxeber.az-a şikayət daxil olub. Şikayətçinin sözlərinə görə, icra başçısı hələ də verdiyi vədləri və öhdəliklərini yerinə yetirmir:

"11 ildir onun qəbuluna gedirik. Yaşadığımız binanın qarşısındakı obyektimizi sındırıb. Bizə yalandan vəd verdi ki, orada uşaq meydançası olacaq. Amma orada heç bir uşaq meydançası tikilmədi. Mən onun qəbuluna getdim. Ondan bizi obyektlə təmin etmələrini xahiş etdim. Bizə bildirdi ki, obyektimiz orada olmayıb və yalan danışırıq. Mən sübutu ona göstərdim. Şəkilə baxaraq dedi ki, fotoşopdur. Daha sonra video təqdim etdik. Videoya baxanda heç nə demədi. O mənə dedi ki, "kimə şikayət edirsən et. Görüm səni kim eşidəcək. Sənin yuxarıda adamın yoxdur. Yuxarıda adamın olsaydı əvvəldən sənin obyektin sökülməzdi". Belə təhqiredici ifadələr eşitdi. Sonra xəbər tutdu ki, Prezident Administrasiyasında Zeynal Nağdəliyevin qəbuluna yazılmışam. İcra hakimiyyətinə anamı çağırdı. Anama dedi ki, qızın onların qəbuluna getməsin. Pirallahıda Jek adlanan idarə var. Sənin qızını işə götürüm. İşə getməsin, ancaq adı getsin və aybaay maaşını alsın. Anamda razılaşmayıb onunla. Mənim qızım səndən iş istəməyib".

Vüsalə Suvarovanın bildirib ki, fevralın 21-i Prezident Administrasiyasında Zeynal Nağdəliyevin qəbuluna gedib:

"Onun özünü görmədim. Çünki Pirallahı rayonuna baxan kurator var. Adı Namiq Əliyevdir. Vasif İmanov ilə əlbir olub-olmadığını bilmirəm. Vasif İmanov ona tapşırıb ki, şəhid qızı Zeynal Nağdəliyevi görsün. Məni kabinetə çağırdı ki, Zeynal müəllim şəxsən sizin məsələ ilə maraqlanıb. Narahat olmayın və həll edəcək. Mənə belə yalan vədlər verdi. Üzərindən 10 gün keçdi. Heç bir xəbər yox idi. Namiq müəllimə yenidən zəng etdim. Məsələnin nə yerdə olduğunu soruşdum. Xəbəri olmamış kimi davrandı. Mənə dedi ki, rayon başçısı ilə danışacaq və problemim həll olunacaq. Rayon başçısının əməkdaşından bizə zəng gəldi və qəbula çağırdı. Mənimlə lağ ələ salaraq danışmağa başladı " Sənin 10 sot torpağın var. 10 sot torpağın üzerinde 5 otaqlı evin var". Mənim bir neçə obyektim olduğunu dedi. Mən çox təəccübləndim. Əgər mənim bir neçə obyektim varsa, niyə kiminsə bərbad vəziyyətdə olan obyektində işləyirəm. Mən ikinci dəfə prezident administrasiyasının qəbuluna yazıldım. Xəbər tutdum ki, aprelin 3-dən 4-nə keçən gecə daş gətirdilər. Fəhlələri bizim binamızın qarşısına- obyektimiz olan yerə gətirdilər. 3-4 saat ərzində obyekt tikildi".

Şəhid Vəfalı Suvarovun həyat yoldaşı Cəmilə Suvarova deyib ki, sökülən obyektlərinin ölçüsü böyük. İcra başçısının tikdirdiyi obyektin isə fundamenti yoxdur və ölçüsü balacadır:

"Bizim tikdiymiz obyekt böyük idi. Bu isə balacadır. Bərbad vəziyyətdədir və necə gəldi, asfaltın üzərində tikiblər. Şəhidin bu qədər hörməti olmadı? Mən anayam və icra başçısının əlindən yorulmuşam. Niyə bizə belə hərəkətlər edir və yalanlar dəyişir. Mən prezidentimizdən xahiş edirəm. Həmişə ona təşəkkür etmişəm. Mənim yoldaşım Qarabağda vuruşanda arxasında 3 uşaq qoydu. Mən onları çətinliklə böyütmüşəm. İcra başçımız söz vermişdi ki, sökülənin yerinə yaxşı obyekt verəcək. Amma 11 il ərzində sökdü, heç bir uşaq meydançası olmadı".

Vüsalə Suvarova söyləyir ki, icra başçısı yalandan danışır və obyekti şəhid ailəsi üçün tikdirdiyini deyir:

"İcra başçısı bunu şəhid üçün tikməyib. Əlimdə sübutlar var. Obyekti özü üçün tikib. Sadəcə olaraq çıxılmaz vəziyyətdə qaldığını görüb, obyekti üzərimizə atdı. O orada heç nə etməyib. Sən kimdən qorxmusan ki, o obyekti gecə vaxtı tikmisən. Sən o obyekti 3-4 aya tiksəydin, mənim üçün etmiş olardin. Prezidentimizdən və Mehriban xanımdan xahiş edirəm ki, bizi qəbul etsinlər. Mən məktub yazıram və məktubum prezidentimizə çatmır. Təsəvvür edin ki, birinci çıxışımdan sonra önü əməkdaşları, işçiləri bildirib ki, o qızı "qaralayın". Hətta bir neçə şəhid ailəsi istisna olmaqla, heç bir şəhid ailəsinə yardım etməyib. Yalan deyir ki, şəhid ailələrinə kömək edir. Heç kimi axtarmır. Mənə bu yaxınlarda göndəriblər. Heç vaxt mənə yardım etməyiblər. Mən də onlara bildirdim ki, mənim atam bu yardıma görə şəhid olmayıb. Mən naşükürlük etmirəm. Amma məni rəylərdə təhqir edirlər, digər tərəfdən yardım edirlər. Mən bunu başa düşmürəm. Bütün Pirallahıya yalandan deyiblər ki, obyekt mənim üçün tikilib. Elə bir şey yoxdur. O obyekt mənim üçün tikilməyib. Mənim obyektimin sahəsi 57 kvadratmetr idi. Onun tikdirdiyi obyektiv fundamenti belə yoxdur. Sahəsi isə 30 kvadratmetrdir. İşləmək mümkün deyil. Dövlət qurumları Pirallahıya nəzarət etməlidir".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İcra başçısı Vasif İmanovun növbəti HÖRMƏTSİZLİYİ: Şəhidin obyektini sökür, övladını isə TƏHQİR EDİR - ŞİKAYƏTİcra başçısı Vasif İmanovun növbəti HÖRMƏTSİZLİYİ: Şəhidin obyektini sökür, övladını isə TƏHQİR EDİR - ŞİKAYƏTİcra başçısı Vasif İmanovun növbəti HÖRMƏTSİZLİYİ: Şəhidin obyektini sökür, övladını isə TƏHQİR EDİR - ŞİKAYƏTSevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1234   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov -a açıqlama verib:. Qazilər və müharibə veteranlarına sosial dəstəyi

13 sentyabr
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11 sentyabr
.

Sabah hava necə olacaq?

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 isti, gündüz 26-3

12 sentyabr
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13 sentyabr
.

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA

İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs

12 sentyabr
.

Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi il

13 sentyabr
.

"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b

11 sentyabr
.

Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir

Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir. Bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) Trabzon şəhərində yerləşən Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutunu

12 sentyabr
.

Torpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA

Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid

11 sentyabr