Rusiya yeni qoşunlar göndərir, ancaq Ukraynanı Kurskdan geri sıxışdıra bilmir - FT
Ukrayna Ordusunun əməliyyatında iştirak edən əsgərlər bazar günü "Financial Times"a bildiriblər ki, Rusiya işğalın yeddinci gününə girdiyi üçün əlavə qüvvələr göndərməsinə baxmayaraq, Kursk bölgəsinə Ukrayna qoşunlarını geri sıxışdıra bilməyib.
Qaynarinfo xəbər verir ki, Rusiya Federasiyası ilə sərhəd yaxınlığında jurnalistlərə açıqlama verən Ukrayna hərbçiləri Rusiya ərazisində qaldıqlarını bildiriblər.
"Biz daha dərinlərə gedirik", - işğal başlayandan bəri Rusiya torpaqlarında üç rotasiyanı tamamlayan ukraynalı əsgər Denis deyib. O əlavə edib ki, Rusiyanın əlavə qüvvələr göndərməsinə baxmayaraq, Kiyev qoşunları əvvəlki kimi üstünlüyə malikdir. Həmin vaxt Ukraynaya məxsus qırıcı təyyarə havada görünüb.
Denis və onun yüksək rütbəli zabitlərinin xahişi ilə adı çəkilməyən bölmələri hücumda iştirak etmək üçün bir həftədən də əvvəl Donetsk vilayətinin şərqindən bölgəyə yerləşdirilib.
Başqa bir əsgər Konstantin sürpriz əməliyyatın erkən uğurunun həqiqətən də onların əhvalını yüksəltdiyini söyləyib.
"Biz Ukraynanın qələbəsinə əminik", - o, döyüşə qayıtmazdan əvvəl əlavə edib.
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü FT-yə bildirib ki, onlar əməliyyatın təfərrüatlarını gizli saxlayırlar, çünki "əvvəlcə onun necə inkişaf edəcəyini gözləyirlər".
"Ukraynanın işğalının son məqsədi - ən yaxşı və ən elit briqadalarından istifadə etməklə - hələ də qaranlıq qalır. Lakin əməliyyat göstərdi ki, Ukraynanın ilk mini işğalından bir il sonra Rusiyanın sərhəd müdafiəsi yenə də zəifdir və bu, Kiyevə çox lazım olan mənəvi dəstək olub", - materialda deyilir.
Analitiklər deyirlər ki, Kursk hücumu Ukraynaya potensial danışıqlarda mövqeyini yaxşılaşdırmaq üçün lazım bilər.
Təsdiqlənmiş video və fotoşəkillər göstərir ki, Ukrayna qoşunları və texnikası çərşənbə axşamı əməliyyat başlayandan bəri Rusiyanın içlərinə doğru 30 kilometr irəliləyərək, Rusiya sərhədi yaxınlığındakı Sudja şəhərini işğal edib.
Ukrayna prezidenti Vladimir Zelenski şənbə gecəsi beş günlük sükutu pozaraq qoşunlarının Rusiyaya ilk dəfə müdaxiləsini açıq şəkildə xatırladıb.
Zelenski deyib ki, baş komandiri Aleksandr Sırski ona "cəbhədəki vəziyyət və müharibənin işğalçı əraziyə keçirilməsi üzrə hərəkətlərimiz" barədə məruzə edib.
Kremlin Ukraynanın görünməmiş əməliyyatını dayandırmağa çalışmaq üçün "terrorla mübarizə" əməliyyatı elan etməsindən sonra Rusiya bölgəyə tank ekipajları, artilleriya qurğuları və pilotsuz təyyarələr göndərib.
Ukrayna və Rusiya bölmələri xəndəklər qazmağa başlayıblar ki, bu da cəbhə xəttinin tədricən sabitləşdiyini göstərir. Ukrayna mənbələri xəbər verir ki, hər iki tərəf istehkamların tikintisi üçün sənaye ekskavatorlarından istifadə etməyə başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 746 Tarix: 12 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu təqaüd 100 manata QALDIRILA BİLƏR - DEPUTAT
Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov -a açıqlama verib:. Qazilər və müharibə veteranlarına sosial dəstəyi
13 sentyabrSabah hava necə olacaq?
Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 isti, gündüz 26-3
12 sentyabr"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"
13 sentyabrPensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs
12 sentyabrBu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi il
13 sentyabr"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11 sentyabrAzərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir. Bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) Trabzon şəhərində yerləşən Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutunu
12 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabr